1. Rəngi tünd olmaq; tutqunlaşmaq, qəlizləşmək.
Abışın rəngi tündləşdi.
2. Kəsifləşmək, qəlizləşmək, qatılaşmaq, kəskinləşmək, artmaq.
Havada tündləşir barıt qoxusu; Berlinin üstündə ölüm yuxusu.
3. məc. Hirslənmək, qəzəblənmək, acıqlanmaq, qızmaq, qızışmaq.
Yeri gələndə tündləşən ( f.sif. ) qocanın xasiyyətinə Qəhrəman yaxşı bələd idi.
İsi dayı Səməndərin tündləşdiyini görüb, araya sülh qoymağa çalışdı.
4. məc. Güclənmək, şiddətlənmək, gücü, şiddəti daha da artmaq.
Elə bil hava istiləşib bürkü tündləşdikcə milçək artırdı.