TÜRKOLOGİYA

сущ. тюркология (туьрк чӀалар, абурун литература ва фолклор чирдай илимрин санал тӀвар).
TÜRKMƏNCƏ
TÜRKOLOJİ
OBASTAN VİKİ
Türkologiya
Türkologiya və ya türkşünaslıq — humanitar elmlərin kompleksidir və türklərin tarixini, dillərini, ədəbiyyatını, folklorunu, etnologiyasını müqayisəli şəkildə öyrənır. Bura Şərqi Sibirdə yaşayan Saxalardan tutmuş Balkanlar və Moldovada yaşayan Qaqauzlara qədər bütün türk xalqları daxildir. == Tarixi == Türkologiya Qərbin Şərqi öyrənmə cəhdləri nəticəsində meydana çıxan şərqşünaslıq əsasında bir sistem qazanmışdır. İlk türkologiya inistitutu 1795-ci ildə Parisdə École des Langues Orientales Vivantesdə qurulmuşdur. Bunu şərqşünaslıq və türkologiya ilə bağlı digər inistitutlar izləmişdir. Moskvada (1814), yenə Parisdə (1821) və Londonda (1906) qurulan bu çür inistitutların yayımladığı xeyli sayda elmi əsər, jurnal, məqalə və s. mövcuddur. Türklər haqqında etnoloji məlumatlar ilk dəfə XI əsrdə türk filoloq Mahmud Qaşğari tərəfindən "Divanü Lüğat-it-Türk" əsərində sistemləşdirilmişdir. Çox dilli lüğətlər isə XIII əsrdən ticarətin daha da genişlənməsinin təsiri altında yaranmağa başladı (Qıpçaq — Fars — Latın — Alman Kodex Kumanikus, Rus — Qıpçaq və s.). Orta əsrlərin böyük bir hissəsinə aid türkoloji məlumatların böyük əksəriyyətini biz Bizans/Yunan tarixçilərinin, səfirlərinin, coğrafiyaçılarının və səyahətçilərinin əsərləri sayəsində əldə edə bilirik.
Türkologiya (dəqiqləşdirmə)
Türkologiya — elm sahəsi. Türkologiya (jurnal) — Azərbaycanda nəşr olunan beynəlxalq elmi jurnal.
Türkologiya (jurnal)
"Türkologiya" (1992-ci ilin yanvarın 16-a qədər "Sovetskaya tyurkologiya" (rus. Советская тюркология)) — Azərbaycanda nəşr olunan beynəlxalq elmi jurnal. == Tarix == SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 11 oktyabr 1973-cü il tarixli Qərarı ilə SSRİ Elmlər Akademiyasının ədəbiyyat və dil şöbəsi nəzdində təsis edilmiş Sovet Türkoloqları Komitəsi də jurnalın elmi nailiyyətlər qazanmasında fəal iştirak etmişdir. Yarandığı vaxtdan 1987-ci ilin iyulunadək jurnalın baş redaktoru görkəmli azərbaycanlı alim akademik M.Ş.Şirəliyev, bu zamandan etibarən 1993-cü ilədək tanınmış türkoloq, SSRİ EA-nın müxbir üzvü E.R.Tenişev, kiçik fasilə ilə görkəmli dilçi alim A.Məmmədov, 2015-ci ilin sonunadək akademik A.Axundov, 2016-cı ilədək akademik T.Hacıyev, 2016-cı ildən etibarən 2021-ci ilin dekabrınadək akademik K.Abdulla rəhbərlik etmişlər. AMEA Nəsimi adına Dilçilik İnstitutunun 2022-ci il yanvarın 10-da keçirilən Elmi şurasında jurnala Baş redaktor institutun Baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli seçilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda, respublikanın ali məktəblərində çalışan, eləcə də dünya miqyasında tanınan, türk filologiyasına öz töhfəsini verən alimlərdən ibarət yeni redaksiya heyəti təsdiq olunmuşdur. “Türkologiya” jurnalının redaksiya heyəti, beynəlxalq məsləhətçilər AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi şurası tərəfindən təsdiq edilir. Sovet İttifaqı dağılandan sonra 1992-ci ildən “Türkologiya” adı ilə nəşr olunan jurnal Azərbaycan, Başqırdıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tatarıstan, Türkmənistan və Özbəkistan elmlər akademiyaları ilə birlikdə "Sovetskaya türkologiya" Ümumittifaq elmi-nəzəri jurnalının hüquqi varisidir. Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 16 yanvar 1993-cü il tarixli Qərarı ilə "Türkologiya" elmi jurnalının təsisçisi Azərbaycan Elmlər Akademiyası, naşiri Dilçilik İnstitutudur. Jurnalda yalnız redaksiya kollegiyası və ya mütəxəssislərin ekspert rəyindən keçən elmi məqalələr dərc olunur. “Türkologiya” elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələrini əks etdirən Ali Attestasiya Komissiyasının nəşrlərindən filologiya üzrə elmi jurnalların siyahısına daxildir.
Sovet Türkologiyası

Значение слова в других словарях