TÜRKOLOGİYA

is. Türk dillərini və ədəbiyyatlarını, folklorunu öyrənən elmlərin bir yerdə adı.
TÜRKMƏNCƏ
TÜRKOLOJİ
OBASTAN VİKİ
Türkologiya
Türkologiya və ya türkşünaslıq — humanitar elmlərin kompleksidir və türklərin tarixini, dillərini, ədəbiyyatını, folklorunu, etnologiyasını müqayisəli şəkildə öyrənır. Bura Şərqi Sibirdə yaşayan Saxalardan tutmuş Balkanlar və Moldovada yaşayan Qaqauzlara qədər bütün türk xalqları daxildir. == Tarixi == Türkologiya Qərbin Şərqi öyrənmə cəhdləri nəticəsində meydana çıxan şərqşünaslıq əsasında bir sistem qazanmışdır. İlk türkologiya inistitutu 1795-ci ildə Parisdə École des Langues Orientales Vivantesdə qurulmuşdur. Bunu şərqşünaslıq və türkologiya ilə bağlı digər inistitutlar izləmişdir. Moskvada (1814), yenə Parisdə (1821) və Londonda (1906) qurulan bu çür inistitutların yayımladığı xeyli sayda elmi əsər, jurnal, məqalə və s. mövcuddur.Türklər haqqında etnoloji məlumatlar ilk dəfə XI əsrdə türk filoloq Mahmud Qaşğari tərəfindən "Divanü Lüğat-it-Türk" əsərində sistemləşdirilmişdir. Çox dilli lüğətlər isə XIII əsrdən ticarətin daha da genişlənməsinin təsiri altında yaranmağa başladı (Qıpçaq - Fars - Latın - Alman Kodex Kumanikus, Rus - Qıpçaq və s.). Orta əsrlərin böyük bir hissəsinə aid türkoloji məlumatların böyük əksəriyyətini biz Bizans/Yunan tarixçilərinin, səfirlərinin, coğrafiyaçılarının və səyahətçilərinin əsərləri sayəsində əldə edə bilirik. 1612-ci ildə qrammatika kitabı Jerome Megizer tərəfindən çap edildi.
Türkologiya (dəqiqləşdirmə)
Türkologiya — elm sahəsi. Türkologiya (jurnal) — Azərbaycanda nəşr olunan beynəlxalq elmi jurnal.
Türkologiya (jurnal)
"Türkologiya" (1992-ci ilin yanvarın 16-a qədər "Sovetskaya tyurkologiya" (rus. Советская тюркология)) — Azərbaycanda nəşr olunan beynəlxalq elmi jurnal. == Tarix == 1970-ci ilin aprel ayında SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyası ilə birgə "Sovetskaya tyurkologiya" adı altında jurnal çap etməyə başlayıb. 1992-ci ilin yanvarın 16-da Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası jurnalın adını dəyişdirib, "Türkologiya" eləməyə qərar verib. 2017-ci ilin oktyabrın 10-da Müasir Dillər Assosiasiyası "Türkologiya" jurnalını Beynəlxalq Dil Assosiasiyasının Biblioqrafiyasına daxil edilib. == Baş redaktorları == 1970–1987 — Məmmədağa Şirəliyev 1987–1993 — Əthəm Tenişev 1993–2015 — Ağamusa Axundov 2015–2016 — Tofiq Hacıyev 2016–2021 — Kamal Abdulla 2021-h. h. — Nadir Məmmədli == Mənbələr == Şahanə MÜŞFİQ "Bakını dünyada türkoloji tədqiqatların mərkəzinə çevirə bilərik", 525-ci qəzet.- 2019.- 18 may.- S.11.
Sovet Türkologiyası

Значение слова в других словарях