TƏLQİNEDİCİ
TƏLTİF
OBASTAN VİKİ
Təll-Abyad
Təl-Əbyəz (bəzi mənbələrdə Təll-Abyad Tell-Abyad və ya Tel Abyad; ərəb. تل أبيض‎, hərf. ağ təpə, kürd. Girê Spî, türk. Tellebyad, klass. süry. ܬܠ ܐܒܝܕ) — Suriyanın Raqqa mühafəzəsinin Təl-Əbyəz rayonunda şəhər, eyniadlı rayonun inzibati mərkəzi. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, şimal hissəsi Türkiyənin Ağcaqala şəhərinə çevrilmişdir. Şəhər 16 iyun 2015-ci il tarixində Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. Şəhər 2019-cu ilin axırlarına qədər Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olmuşdur. Türkiyə Silahlı Qüvvələri və suriyalı üsyançılar şəhəri 13 oktyabr 2019-cu il tarixində, Sülh Bulağı əməliyyatı çərçivəsində ələ keçirmişdir.
Təll-Həriri
Mari və ya Təll-Həriri (ərəb. تل حريري‎) — indiki Suriyada qədim sami şəhəri. Şəhərin xarabalıqları Fərat çayının qərb sahilində yerləşən Əbu-Kamal şəhərindən 11 kilometr (6.8 mil), Deyr-əz-Zor şəhərindən 120 kilometr (75 mil) uzaqlıqdakı bir təll üzərində yerləşir. Şəhər e.ə. 2900 və e.ə. 1759-cu illərdə ticarət mərkəzi və hegemon dövlət kimi çiçəklənmişdir. Şəhərin salınmasının səbəbi Fərat çayı üzərindəki ticarət yollarının mərkəzində yerləşməsi idi. Bu, şəhəri Şumer və Levant arasına salmışdır. Mari ilk dəfə e.ə. XXVI əsrin ortalarında tərk edilmişdir, lakin daha sonra – e.ə.
Təll-Təmr
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر‎‎, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi. İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır. == Coğrafiya == Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir. Hələb–Mosul magistrial Təll-Təmr qəsəbəsinin əhəmiyyətli bir nəqliyyat mərkəzinə çevirir.
Təll Bənat
Təll Bənat İraqın Neynəvə mühafəzəsinin Səncər qəzasında kənd. Təll Bənat kəndi Səncər dağlarının güneyində yerləşərək; mübahisəli bölgəyə aiddir. Əhalisi əsasən Yezidilərdən ibarət olaraq; burada eləcə 1,400 nəfər Şiə Türkman da yaşamaqdadır. 2014-cü ilin avqustunda İraq və Şam İslam Dövləti Təl Banatdan 200-dən çox qadın və uşağı qaçırmışdı.

Digər lüğətlərdə

выкола́шивание дошвыря́ть обша́стать подкли́нивание фра́зовый басма опереже́нье проду́ть сифо́нить скрести́сь спирогра́фия аймиштать Рига Abiezer gyratory honied Japanese persimmon lower Chamber milliamperemeter text-cut virgin tape июньский месса обретаться притягательность