TƏMƏNNASIZ

sif. Özü üçün bir məqsəd, fayda, mənfəət güdməyən. Təmənnasız yardım.
– Bəli, xalqdan böyük dayaq yoxdur, – deyib Şərəfoğlu qocanın sözünü təsdiq etdi, – xalq təmənnasız dostdur, ədalətlidir. M.İbrahimov.

// Zərf mənasında.
Siz də təmənnasız buyurun hər an; Bu sənət bağımdan gül-çiçək dərin. S.Rüstəm.
[Rəşid:] Qəribə idi ki, mənim üçün bu qədər sonsuz və təmənnasız qayğı göstərən [Bəyim xala] Canbalayevlərin qapısını bir dəfə də açmamışdı. İ.Hüseynov.

Синонимы

  • TƏMƏNNASIZ tamahsız — qərəzsiz
TƏMƏNNA
TƏMƏRKÜZ

Значение слова в других словарях