TƏNBUR

сущ. танбур (старинный азербайджанский струнный щипковый инструмент с корпусом грушевидной формы и длинной шейкой)
TƏNBÖLƏN
TƏNDİR
OBASTAN VİKİ
Tənbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biridir. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. == Etimologiya == Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. == Tarixçə == Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Şirvan tənburu
Şirvan tənburu – armudşəkilli olub, saz tipli alətlər ailəsinə mənsubdur. == Tarixi == İki, bəzən üç simdən ibarət çox sadə quruluşlu bu musiqi aləti indi də Yaxın Şərq və xüsusən Orta Asiya xalqları arasında geniş yayılmışdır. Tənburun çox pis tarixi vardır. Əl Fərabi onun islam dinindən əvvəl yaranmasını qeyd edir. Orta əsrlərdə saray və folklor musiqisində geniş istifadə olunan tənbur aləti haqqında klassiklərin yaradıcılığında və eləcə də miniatür sənət əsərlərində kifayət qədər məlumat verilmişdir. Füzulinin "Yeddi cam" əsərində tənbur belə təsvir edilmişdir: O, orta əsrlərdə Azərbaycanda çox geniş yayılmış və "Şirvan tənburu" adı ilə məşhur olmuşdur. Təbrizlilər tərəfindən çox sevildiyi üçün sonralar "ŞirvanTəbriz tənburu" kimi də adlandırılmışdır. == Növləri == Tənbur ifaçılığı Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən tədricən tənəzzül etmişdir... Çoxnövlü alət sayılır. Onun Bağdad, Xorasan, Hind, Şirvan və Əfqan növləri mənbələrdə qeyd edilir.
Əbdürrəhman Tənburi Səmərqəndi
Əbdürrəhman Tənburi Səmərqəndi (tac. Абдурраҳмони Танбӯрии Самарқандӣ) — tacik müğənnisi. Şaşmakom istiqamətində fəaliyyət göstərmişdir. == Həyatı == 1850-ci ildə Səmərqənddə anadan olmuşdur. Güman edilir ki, 1898-ci və ya 1900-cü ildə orada vəfat etmişdir. 1896-cı il tarixli "Risaləyi-Şaşmakom" risaləsində Əbdürrəhman Tənburi Səmərqəndi haqqında məlumat verilmişdir. Səmərqəndi orada musiqi alətlərində ifa etməyi bilən, musiqi təhsilini Buxarada bitirmiş müğənni kimi göstərilir. Müəllimləri Əhməd Doniş və Kəramət Dilkəş Tənburi idi. O, daha çox şaşmakom janrında mahnılar ifa edir, mahnılarına musiqi bəstələyir, tanınmış şairlərin müxtəlif qəzəllərini oxuyur, bəzi mahnılarını isə öz qəzəlləri əsasında yazırdı.

Digər lüğətlərdə