Təqib (1984)
== Məzmun ==
Filmdə kəndli balası İbrahim haqqında söhbət açılır. Burada balaca tamaşaçılarda təbiətə və insana məhəbbət hissləri aşılanır və belə bir fikir irəli sürülür: nəinki heyvanlar, həm də adamlar arasında dostluq və xeyirxahlıq münasibətləri düşmənçilikdən qat-qat yaxşıdır.
== Film haqqında ==
Bu multiplikasiya filmi Məstan Əliyevin şerlərinin motivləri əsasında çəkilmişdir.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Əsərin müəllifi: Məstan Əliyev
Rejissor: Vahid Talıbov
Ssenari müəllifi: Alla Axundova
Quruluşçu rəssam: Elçin Axundov
Operator: Ramiz Ağayev
Bəstəkar: Eldar Rüstəmov
Səs operatoru: Akif Nuriyev
Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Firəngiz Quliyeva
Rəssam: Hüseyn Cavid İsmayılov, Aydın Lazımov, Yelena Dontsova, N.Ağayeva
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.