TƏRSLİK

is. Tərs adamın xasiyyəti; inadcıllıq, inadçılıq, inadkarlıq, höcətlik.
Kolxoz sədri Qara kişinin tərsliyini bilirdisə də, yenə bir şey deməkdən özünü saxlaya bilmədi. Ə.Əbülhəsən.

□ Tərslik eləmək (etmək) – inad etmək, inadkarlıq göstərmək.
[Lütfəli bəy:] Şəfiqə, gəl sən tərslik eləmə, bircə dənə balana rəhmin gəlsin. İ.Musabəyov.

Tərsliyi tutmaq, tərsliy(in)ə salmaq – tərslik etmək, inadkarlıq göstərmək.
Tərsliyi tutan Həmzədən heç nə eşidə bilməyəcəklərinə qane olan qohum-qonşu arvadları çıxıb getdi. Ə.Əbülhəsən.
Axırda Qədir tərsliyə salaraq böyük xalçanı üç yerə bölməyi təklif etdi. Ə.Sadıq.

Синонимы

  • TƏRSLİK inadçılıq — gəclik — höcətlik

Антонимы

  • TƏRSLİK TƏRSLİK – DÜZLÜK İşin tərsliyindən yolun yarısında maral büdrəyib qıçını sındırdı (S.Sərxanlı); Düzlükdə mahalda ona tay tapılmaz (M
TƏRSİNƏ
TƏRTƏMİZ

Значение слова в других словарях