TƏSƏVVÜR

is. [ ər. ]
1. Xəyala gətirmə, xəyalən göz qabağına gətirmə. Ucsuz-bucaqsız bir meşə təsəvvür edin.
– Xanım … Qafqazın şəklini xəyalına gətirərək onu füsunkar bir ölkə kimi təsəvvür edirdi. Çəmənzəminli.

// Xəyal, fikir.
Sədrin təsəvvüründə arzu etdiyi düz və ayna kimi yollar parıldamağa başladı. S.Rəhimov.

2. Bir şeyi, adamı fikrində canlandırma, zehində surət vermə, bir fikirdə olma. Mən bu işi başqa cür təsəvvür edirdim.
3. Bir şey, bir adam haqqında bilik, ümumi tanışlıq. Heç bir təsəvvürü yoxdur. Botanikadan ümumi təsəvvürü var.
4. Fikir, xəyal, təxəyyül.
Tahirin gözləri dənizə baxır, amma təsəvvüründə yalnız və yalnız Lətifə dolanırdı. M.Hüseyn.
Qəhrəmanın təsəvvüründə iki ata, iki oğul canlanırdı. S.Rəhimov.

5. fəls. psix. Olmuş hadisəni xəyalına gətirmə, zehində canlandırma. Təsəvvür prosesi.
// Əvvəllər hiss orqanlarına təsir etmiş, indi isə bilavasitə təsir etməyən, lakin xəyalda əks olunan əşya və hadisələrin konkret surəti.
TƏSƏVVÜF
TƏSHİH
OBASTAN VİKİ
Ruh və bədən haqqında təsəvvür
Ruh və bədən haqqında təsəvvür (it. Rappresentatione di anima et di corpo) Emilio de Kavalyerinin yazdığı musiqi əsəri, libretto müəllifi Aqostino Manni olmuşdur. Bu əsərlə Kavaleyri özünü ilk opera və ya oratoriyanın müəllifi hesab edirdi. O, ilk dəfə 1600-cü ilin fevral ayında Romada, Santa Maria in Valliçella kilsəsinə məxsus Oratorio dei Filippinidə göstərilmişdir. Əsərin süjeti Zaman, İdrak, Ruh, Bədən və başqa təcəssümlərin həyatın mənası üstündə mübahisələrindən ibarətdir.
Dünya iradə və təsəvvür kimi (əsər)
Dünya iradə və təsəvvür kimi (alm. Die Welt als Wille und Vorstellung‎) — alman filosofu Artur Şopenhaurin (1788-1860) əsas əsəri, dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biri. == Ümumi məlumat == Əsər birinci dəfə 1819-cu ildə çap olunmuşdur. Sonradan müəllif onun üzərində uzun illər ərzində (1819-1844) işləmişdir. Əsər dörd fəsildən, müəllifin öz təbirincə deyilsə, dörd kitabdan ibarətdir. Birinci fəsildə müəllifin idrak nəzəriyyəsi, ikinci fəsildə ontologiyası, üçüncü fəsildə estetikası, və nəhayət dördüncü fəsildə etikası şərh olunmuşdur. Şopenhauerin öz idrak nəzəriyyəsinin şərhinə həsr etdiyi birinci fəsil "Dünya mənim təsəvvürümdür" sözləri ilə başlayır və belə bir müddəadan çıxış edir ki, idrak iradənin xidmətindədir. Müəllifin ontologiyasının şərhinə həsr olunmuş olunmuş ikinci fəsilin əsas mənası ondan ibarətdir ki, dünya iradənin obyektivasiyasıdır. Şopenhauerin estetikasının şərh olunduğu üçüncü fəsildə müəllif belə bir müddəadan çıxış edir ki, həqiqi incəsənət idrakın iradənin xidmətdə durmaqdan xilas olma məqamıdır. Şopenhauerin öz etikasının şərhinə həsr etdiyi üçüncü fəsildə həyata yönümlü iradənin təsdiqi və inkarı məqamları nəzərdən keçirilir.

Значение слова в других словарях