təyyarəyığma
təzadlı
OBASTAN VİKİ
Təzad (personaj tipi)
Təzad (ing. Foil – Folqa) — uydurmada, onun müəyyən xüsusiyyətlərini vurğulamaq üçün başqa bir personajla, adətən protaqonistlə qarşı-qarşıya gələn personaj. Bəzi hallarda, əsas süjeti gücləndirmək üçün altsüjetdən istifadə olunur. Bu, xüsusilə də metauydurmaya və "hekayə içərisində hekayə" konsepsiyasına aiddir. Tipin ingiliscə adı olan "Foil" Azərbaycan dilində folqa deməkdir. Bunun səbəbi keçmişdə qiymətli daş-qaşların daha parlaq görünməsi üçün folqalara yığılması idi. Təzad personaj rəqibindən ya kəskin şəkildə fərqli, ya da sadəcə bir açar bənzərsizliklə fərqlənərək müstəsna dərəcədə oxşardır. Təzad personajın konsepsiyası daha çox iki şey arasında fərqliliyi ön plana çıxarmaq üçün aparılan müqayisələrə aiddir. Tomas Qirin istifadə edilən təzadları üç kateqoriyaya bölür, Tamara Metse isə onları mübaliğə edilənlər, istisnalarla fəaliyyət göstərənlər və günahı boyunlarına alanlar olaraq izah edir.
Sahilsiz təzadlar
Sahilsiz təzadlar-yazıçı,AMEA-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 2014-cü ildə nəşr edilmiş romanı. “Sahilsiz təzadlar” bədii, elmi, fəlsəfi və detektiv romandır. Əsərin əsas qəhrəmanları Əli və Nərmindir. Süjet xətti bu iki gəncin ülvi məhəbbəti, başlarına gələn hadisələr əsasında qurulmuşdur. Romanda qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə rənglərin əmələ gəlməsi,kainatın yaranması, zamanın, sürətin və sahələrin arasıkəsilən mahiyyətdə olması, təxmini, dürüst, real məntiq və digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri haqqında fikirlər də yer almışdır. Yeni ictimai formasiya quruluşunun yaranması haqqında fikirlər, Əlinin iki mürəkkəb cinayətin üstünü məharətlə açması, həqiqətləri insanların dərk edə bilməməsinin səbəbləri haqqında mülahizələr də romanın bədii süjet xəttində əsas istiqamətlərdəndir. Əli və Nərminin sonda Şuşada görüşmələri isə, Azərbaycan xalqının və dövlətinin arzusunun, ali məqsədinin, onu həyata keçirmək üçün iradə, əzm və qüdrətinin dünyaya nümayişidir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Təzadlar
Təzadlar (qəzet) — Azərbaycanda dərc olunan ictimai-siyasi qəzet. Təzadlar (kitab) — Hamlet İsaxanlının kitabı. Təzadlar (film) — Rejissor Əli İsa Cabbarovun filmi.
Təzadlar (kitab)
Hamlet İsaxanlının 2001-ci ildə "Xəzər Universiteti Nəşriyyatı"nda işıq üzü görmüş şeirlər kitabı (redaktoru və giriş məqaləsinin müəllifi Camal Mustafayevdir). "Təzadlar" kitabına fəlsəfə elmlər doktoru, professor Camal Mustafayev "Poeziya intellektlə qovuşur" adlı giriş məqaləsi yazmışdır. Həmin giriş sözündən alıntılar "Təzadlar" haqqında doğru təsəvvür verir: "Hamlet İsaxanlının heyrətamìz çoxcəhətlì alìmlìyì həmìşə dìqqətì çəkìr. Riyaziyyat, fəlsəfə, ədəbiyyat (xüsusìlə poeziya), tarix, musiqi... sahələrìnì öz dünyagörüşündə ehtìva edìr. Onun vüsətlì ìdrakı rasìonal təfəkkürlə bədìì qavrayışı bìrləşdìrìr. Yaradıcı xəyalının mìllì poetìk ahəngdə kökləndìyìnì "Təzadlar" şeirlər kìtabı barìz əks etdìrìr. Bədìì ənənəmìz zəmìnìndə öz fərdì yaradıcılıq tərzìnì formalaşdırıb. "Təzadlar" kìtabında şeirlər sayca o qədər çox deyìl, ancaq mövzuları çeşìdlì, rəngarəngdìr. Burda şeirə həssas oxucuları düşündürəcək motìvlər az deyìl.
Təzadlar (qəzet)
"Təzadlar" qəzetinin ilk sayı 1993-cü ildə işıq üzü görmüşdür. "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilidir. Asif Mərzili 44 günlük Zəfər döyüşü barədə beynəlxalq mediadakı obyektiv məlumatlar yayımına görə Avropa Mətbuat Federasiyasının üzvü seçilib. O, 8 kitabın müəllifidir. "Təzadlar" qəzeti gündəlik qəzetdir. Qəzetdə APA, "Olaylar" İA, "Media forum", "Azadlıq radiosu" və RATİ materiallarına istinad olunur.

Значение слова в других словарях