təşxis
təşkilat
OBASTAN VİKİ
Azərbaycanda təşkil edilən intellektual yarışların siyahısı
Aşağıdakı siyahıda Azərbaycanda təşkil edilən intellektual yarışlar verilib.
Azad (təşkilat)
Azad — XX əsrdə Azərbaycanda qurulmuş anarxist təşkilat. Qoçu Ağakərim tərəfindən qurulmuşdu. 15 nəfər üzvdən ibarət idi. Teymur bəy Aşurbəyov ilə davalı idilər. 1907-ci ildə hər iki şəxsin həbsindən sonra təşkilat dağılmışdı. Qoçu Ağakərim və Teymur Aşurbəyov haqqında Məmməd Səid Ordubadi öz xatiratını yazmışdır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ və ya Tələbə İttifaqı) Azərbaycanın 101 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biridir. ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır. İttifaqın əsası 20 noyabr 2009-cu ildə qoyulmuşdur, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək olmaq, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir.
Azərbaycan Xalq Cümhuriyyəti Əksinqilabla Mübarizə Təşkilatı
BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı
UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır. 1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir. Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Bank olmayan kredit təşkilatlatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Bank olmayan kredit təşkilatı

Beynəlxalq Hidroqrafiya Təşkilatı
Beynəlxalq Hidroqrafiya Təşkilatı (ingiliscə International Hydrographic Organization) — üzv-dövlətlərinin hidroqrafik fəaliyyətlərinin koordinasiyası məqsədilə 1921-ci ildə yaradılmış beynəlxalq təşkilat. İlkin dövrdə "Beynəlxalq Hidroqrafik Büro" (ingiliscə International Hydrographic Bureau) adlanırdı. Mənzil qərərgahı Monakoda yerləşir.
Beynəlxalq Miqrasiya Təşkilatı
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) hökumətlərə və miqrantlara miqrasiya ilə bağlı xidmətlər və məsləhətlər verən Birləşmiş Millətlər Təşkilatıdır. , o cümlədən məcburi köçkünlər, qaçqınlar və işçi miqrantlar. BMqT 1951-ci ildə Avropa Miqrasiya üzrə Hökumətlərarası Komitə (ICEM) kimi İkinci Dünya Müharibəsi zamanı məcburi köçkün insanların məskunlaşmasına kömək etmək məqsədilə yaradılmışdır. 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatına çevrildi. Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin miqrasiya sahəsində fəaliyyət göstərən əsas agentliyidir. BMqT hökumətlərə və miqrantlara xidmətlər və məsləhətlər verməklə humanist və nizamlı miqrasiyanı təşviq edir. BMqT miqrasiya idarəçiliyinin dörd geniş sahəsində işləyir: miqrasiya və inkişaf, miqrasiyanın asanlaşdırılması, miqrasiyanın tənzimlənməsi və məcburi miqrasiyanın həlli. BMqT 1951-ci ildə İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanın xaos və yerdəyişməsi nəticəsində yaranıb. O, ilk olaraq Avropadan Miqrantların Hərəkatı üzrə Müvəqqəti Hökumətlərarası Komitə (PICMME) kimi tanınırdı. Müharibə nəticəsində kökündən qovulmuş təxmini 11 milyon insan üçün köçürülmə ölkələrini müəyyən etməkdə Avropa hökumətlərinə kömək etmək səlahiyyəti olan BMqT 1950-ci illərdə bir milyona yaxın miqrant üçün nəqliyyat təşkil etdi.
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM)

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı missiyası
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) (BMqT) Azərbaycanda mövcudluğu 1996-cı ilin yanvar ayında BMqT-nin Bakı ofisinin yaradılması ilə başlayır. 2006-cı ilin avqustunda Mingəçevirdə BMqT-nin ölkədəki sub-ofisi açılıb. Naxçıvan Muxtar Respublikasında şöbə 1998-2011-ci illərdə fəaliyyət göstərmişdir. 8 dekabr 1999-cu ildə miqrasiya məsələlərinin həllində BMqT ilə Azərbaycan Respublikası arasında dostluq əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün hüquqi bazanı müəyyən edən Saziş imzalanmışdır. Saziş Azərbaycan Respublikasının Milli Assambleyası tərəfindən 8 fevral 2000-ci ildə ratifikasiya edildikdən sonra BMqT Şurası Cenevrədə keçirilən 81-ci Sessiyasında Azərbaycanın 7 iyun 2001-ci ildə BMqT-nin Üzv Dövləti kimi qəbul edilməsinə razılıq verdi. 1996-cı ilin yanvarında Bakı ofisinin açılışından sonra BMqT miqrasiyanın operativ problemlərinin həllində Azərbaycan hökumətinə yardım etmək, miqrasiya məsələlərini daha yaxşı başa düşmək, sosial və iqtisadi inkişafı təşviq etmək, miqrasiya problemlərinin həllində kömək etmək missiyasına uyğun olaraq müxtəlif layihələr həyata keçirir. və miqrantların insan ləyaqətini və rifahını müdafiə etmək. Daha konkret desək, hökumətə texniki yardım göstərməklə BMqT-nin Azərbaycanda müdaxilə sahələri: Qanunvericiliyin inkişafı və tənzimlənməsi Sərhəd İdarəetmə; Qeyri-qanuni miqrasiyanın, xüsusilə insan qaçaqmalçılığı və insan alverinin qarşısının alınması; Miqrasiya dialoqunun asanlaşdırılması; İcma inkişafı və mikro kreditlər; “Çəhəriz” adlanan yeraltı su sistemlərinin bərpası yolu ilə suyun verilməsi; Hərəkət yardımı; Yardımlı qayıdış və reinteqrasiya; https://azerbaijan.iom.int/about.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
Beynəlxalq Nansen Təşkilatı
Beynəlxalq Nansen təşkilatı (fr. Office international Nansen pour les Réfugiés) 1930-cu ildə Frityof Nansenin ölümündən sonra Millətlər Liqası tərəfindən yaradılmışdır və əsas məqsədi onun tərəfindən yaradılan pasport bürosu kimi qaçqınlara kömək etməkdir. 1922-ci ildə Nobel mükafatına layiq görülən Nansen mükafat məbləğini qaçqınlara yardım üçün ayırdı və 1930-cu ilin mayında ölümünə qədər bu işi davam etdirdi. Onun ölümündən sonra Millətlər Liqası qaçqınların işilə məşğul olacaq Nansen təşkilatını yaratdı və təşkilat 1 aprel 1931-ci ildən Cenevrədə fəaliyyətə başladı. Təşkilatın əsas vəzifəsi qaçqınlara maddi yardım göstərmək və siyasi dəstək vermək idi. Yeni yaradılmış təşkilat bir sıra problemlərlə üz-üzə qaldı. Davam edən erməni — türk böhranı Nansen təşkiltını 50 minə yaxın insanı 1935-ci ilə qədər köçürməyə məcbur etdi, onlardan 40 mini Suriya və Livana, 10 mini isə İrəvana köçürüldü. 1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlməsilə Avropada da qaçqınlara bağlı vəziyyət çətinləşdi. Nasistlərin antisemit siyasəti kütləvi yəhudi qaçqınlarını ortaya çıxardı. 1935-ci ildə Saarın Almaniyaya verilməsindən sonra təşkilat oradan 4 minə yaxın qaçqının Paraqvaya keçməsinə yardım etdi.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (türk. Uluslarası Türk Kültürü Teşkilatı, abr. TÜRKSOY) — Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Türk xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir- birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular.
Beynəlxalq maliyyə təşkilatları
Beynəlxalq maliyyə təşkilatları — quruluşu və sərmayəsinə birdən çox ölkənin qatıldığı maliyyə fəaliyyətlərində birdən çox ölkənin faydalandığı quruluşlar. Hal-hazırda fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatlarının hamısı ikinci dünya müharibəsidən sonra qurulmuşdur. Yaranma tarixinə görə öncə " Bretton Vuds əkizləri " adlandırılan Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qurulmuşdur. Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir. Fəaliyyət sahələrinə görə bu təşkilatlar aşağıdakı şəkildə qruplaşdırılır: Avropa Kömür-Polad Birliyi; Avropa Pul Fondu; Avropa İnvestisiya Bankı; Avropa Valyuta Əməkdaşlıq Fondu; Avropa Kənd Təsərrüfatızəmanət və istiqamət fondu; Beynəlxalq Pul Fondu ; Beynəlxalq finans Qurumu; Beynəlxalq İnkişaf Birliyi; Birləşmiş Millətlər İnkişaf problemi; Çoxtərəfli investisiya zəmanəti agentliyi; İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz; Asiya İnkişaf Bankı ; Afrika İnkişaf Bankı; İslam İnkişaf Bankı; Kariblər İnkişaf Bankı; Orta Amerika İqtisadi İnteqrasiya Bankı; Ərəb Pul Fondu; Avropa Yenidənqurma və İnkişaf Bankı.
Beynəlxalq peyk və kosmik rabitə təşkilatları
Bu hazırda ən azı bir kommersiya kommunikasiya peyki olan bütün şirkətlərin siyahısıdır. Ümumdünya Teleport Assosiasiyası bütün fərdiləşdirilmiş kommunikasiya mənbələrindən əldə edilən gəlirlərə əsaslanan şirkətlərin siyahılarını dərc edir və teleportlar və peyk donanmalarının operatorlarını əhatə edir.
Beynəlxalq qeyri-hökumət təşkilatları
Beynəlxalq qeyri-hökumət təşkilatları (ing. International Non-Governmental Organizations) — müxtəlif ölkələrin ictimaiyyətinin müxtəlif təbəqələrindən olan oxşar və ya ümumi sosial, siyasi, iqtisadi, ideya, peşəkar və digər maraqlı təşkilati rəsmiləşmiş birliklər. BQHT-ları ayrı-ayrı şəxslərin müxtəlif milli cəmiyyətləri və ittifaqlarını birləşdirir. Beynəlxalq qeyri-hökumət təşkilatları xalqlar arasında ünsiyyət formalarından biridir. Bir sıra BQHT-nın fəaliyyətləri səhralaşma problemləri ilə əlaqədardır. Beynəlxalq QHT-lər 1952-ci ildən Avropa Şurası yanında məsləhətçi statusuna malikdirlər. 2003-cü ilin noyabrında beynəlxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rolunu tanımasından irəli gəldi. Bu status Nazirlər Komitəsinin Qətnaməsi (2003) tərəfindən idarə olunur. Bu cür statusa malik olmaq istəyən Beynəlxalq QHT-lər xüsusilə onların sahəsində (sahələrində) təmsil olunmalıdır. Onlar Avropa Şurasının məqsədlərini izləməli və onun fəaliyyətinə öz töhfələrini verməlidirlər.
Beynəlxalq sağlamlıq təşkilatı
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Beynəlxalq standartlaşdırma təşkilatı
Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (ing. International Organization for Standardization) — beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır. XX əsrin əvvəlində maşıntəmiri tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşıntəmiri yeni mərhələyə qədəm qoyur.
Beynəlxalq turizm təşkilatları
Belnəlxalq turizm təşkilatları- Turizmin düzgün və davamlı inkişafını təmin etməkdən ötrü yaradılmışdır. İSTA- Ekskursiya və Turizm Təşkilatçılarının Beynəlxalq Assosiasiyasıdır. Bu təşkilat 1952-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Portuqaliyanın paytaxtı Lissabondadır. Bu təşkilat qarşılıqlı informasiya mübadiləsi vasitəsi ilə üzvləri arasında əlaqə və əməkdaşlığın inkişafına yardım etmək, digər təşkilatlarla dostluq münasibətləri və əməkdaşlığı inkişaf etdirmək, üzv ölkələrdə ekskursiya xidmətini təkmilləşdirmək, ekskursiya xidmətinin yaxşılaşdınlması, həmçinin qanunvericilik xarakteri daşıyan müvafiq qanun, norma və qərarların qəbulu məsələsində turizmlə bağlı hökumət orqanlan ilə əməkdaşlıq etmək kimi funksiyaları özündə birləşdirir. FİCT- Beynəlxalq Turizm Mərkəzləri Federasiyasıdır Bu təşkilat 1948-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Lixtenşteynin paytaxtı Vadus şəhərindədir. Turizm və informasiya xidməti rəhbərləri arasında daimi əlaqələrin yaradılması, texniki sənədlərin yığılması, nəşri və yayılması, həmçinin əməkdaşlıq hərəkatının təşkilini özündə birləşdirir. İFTO - Beynəlxalq Turoperatorlar Federasiyasıdır. 1970-ci ildə təsis edilmişdir.
Beynəlxalq turizm təşkilatlarının siyahısı

Beynəlxalq təşkilat
Beynəlxalq təşkilat — müəyyən məqsədlər üçün bağlanmış sazişlərə görə yaradılmış dövlətlərarası və qeyri-dövlət xarakterli beynəlxalq birliklərdir. Bəziləri nizamnaməsiz (məsələn, ATƏT) fəaliyyət göstərir. Beynəlşkilatlar beynəlxalq hökumətlərarası təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına bölünür. Beynəlxalq hökumətlərarası təşkilat dedikdə (BHT), suveren dövlətlər (üzv dövlətlər) və ya digər hökumətlərarası təşkilatlar tərəfindən yaradılan qurumlar başa düşülür. Консультант Плюс: Международные организации.
Beynəlxalq təşkilatlar

Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı) — BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir. Üzv dövlətlərin sayı 189-dur. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir. Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur.
Beynəlxalq Əmək Təşkilatı
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.

Значение слова в других словарях