UÇQUN

сущ. цӀвер, дагъдай ва мс. кьакьан чкадай уьцӀена аватай накьв, къван, жив ва мс.
UÇAR
UÇQUNYANAQLI
OBASTAN VİKİ
Uçqun
Uçqun — dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Türkiyənin dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır. == Geomorfoloji termin == Uçqun – (rus. обвал, ing. rockfall) yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü materiallarının qravitasion yerdəyişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da baş verir.
Qar uçqunları
Qar uçqunu və ya Çığ— dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qopması və sürüşərək hərəkət edərkən kiçik qar hissələrinin böyüyüb nəhəng qar topasına çevrilməsi ilə digər obyektləri özü ilə aparması. Qar uçqunları iki növdə olur: quru (qış)qar uçqunu və yaş (yaz)qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80–100 m/san, yaş qar uçqununun sürəti isə 10–20 m/san olur. == Qar uçqunlarının yaranmasının səbəbləri == Qar uçqunlarının başvermə səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən başlıcası qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud havanın temperaturunun artması ilə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir. Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40–50 sm-dən artıq olduqda baş verir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır. Yamaclarda insanın fəaliyyəti də qar uçqununa səbəb ola bilir. Yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar və.s qar uçqunlarına təsir edən canlı faktorlardır. Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər.
Qar uçqunu

Vulkan uçqunu
Vulkan uçqunu (rus. провал вулканический, ing. volcanic collapse) — kövrək vulkan materiallarının qrunt suları vasitəsilə yuyulması və qisməndə həll olması nəticəsində əmələ gəlmiş, mənfi relyef forması.
Nasuda qar uçqunu (2017)
Nasuda qar uçqunu (那須雪崩事故) – 2017-ci ildə Yaponiyanın Toçiqi prefekturasının Nasu qəsəbəsində baş vermiş qar uçqunu hadisəsi. Hadisə nəticəsində 8 nəfər ölmüşdür. == Hadisə == 25 mart 2017-ci ildə 7 liseydən olan 52 şagird və 11 müəllim üç günlük alpinizm ekspedisiyası üçün Toçiqi prefekturasında yerləşən Nasu xizək kurortuna səfər etmişdir. Hadisədən bir gün əvvəl güclü qar yağışı səbəbilə qar uçqunu təhlükəsi barədə xəbərdarlıq yayımlanmışdı. Ekskursiyasının sonuncu günündə – 27 martda Çausudake dağının yaxınlığında keçirilmiş yürüyüş təlimi zamanı baş verən qar uçqunu nəticəsinə 7 şagird və bir müəllim ölmüş, 40 nəfər yaralanmışdır. Ölənlərin çoxu Otavara liseyinin alpinizm klubunun üzvləri idi. Xilasetmə işlərinə 100-dən çox xilasedici cəlb olunmuşdur. Hadisədən sonra xizək kurortu mövsümün sonuna qədər bağlanmışdır. == İstintaq == 2023-cü ildə Toçiqi prefekturası hadisə nəticəsində ölən 5 nəfərin ailələrinə 290 milyon yen təzminat ödəmişdir. 2024-cü ilin mayında keçirilmiş məhkəmə prosesi nəticəsində ekskursiyaya rəhbərlik etmiş Şuiçi İnose, Hisao Suqamata və Hironori Vatanabe təhlükəsizlik məsələlərindəki məsuliyyətsizliyə və qar uçqunu riskini nəzərə almamalarına görə ölümlərdən məsul hesab edilmiş və 2 il müddətinə həbs olunmuşdurlar.

Значение слова в других словарях