UYĞUNLUQ

is. Uyğun olma, uyğun gəlmə; müvafiqlik, münasiblik, bir-birilə düz gəlmə; həmahənglik. Fikirlər arasında uyğunluq.
– Camenin quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Midhət əfəndini məşğul etməyə başladı. Çəmənzəminli.

Синонимы

  • UYĞUNLUQ ahənglik — tənasüblük
  • UYĞUNLUQ yekdillik — birlik
  • UYĞUNLUQ münasiblik — müvafiqlik — əlverişlilik
  • UYĞUNLUQ UYĞUNLUQ, AHƏNG, HƏMAHƏNGLİK, MÜNASİBLİK, MÜVAFİQLİK
UYĞUNLAŞMAQ
UYĞUNSUZ
OBASTAN VİKİ
Elektromaqnit uyğunluq
Elektronmaqnit uyğunluq 1. Başqa qurğudan gələn xarici elektromaqnit maneəsinin və sahəsinin (qəsdən törədilməmiş) təsirinə baxmayaraq elektron avadanlığın normal işləyə bilməsi; məsələn, kompüterin yanında olan televizor maneəsiz işləməlidir. 2. Qurğunun öz elektromaqnit şüalanmasını başqa qurğuların işinə təsir etməmək səviyyəsinədək məhdudlaşdırması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: Bakı nəşriyyatı, 2017.
Uyğunluq (film)
Uyğunluq (ing. Coherence) — 2013-ci ildə ekranlara çıxan ABŞ filmi. == Süjet == Səkkiz dost axşam təşkil etdikləri qonaqlıq üçün bir araya toplaşıb. Bu xoş gün zamanı yerin yaxınlığından keçən komet gözlənilməz nəticələrə səbəb olur.
Azimutal qeyri-uyğunluq
Qarşılıqlı birqiymətli uyğunluq
Qarşılıqlı birqiymətli uyğunluq — bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluğu birinci çoxluğun ikinci çoxluğa elə inikasıdır ki, birinci çoxluğun müxtəlif elementləri ikinci çoxluğun müxtəlif elementlərinə çevrilsin. Başqa sözlə, bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluq bu çoxluqların elementləri arasında elə uyğunluqdur ki, birinci çoxluğun hər bir elementinə ikinci çoxluğun yalnız bir elementi uyğun olsun və bu uyğunluqda ikinci çoxluğun hər bir elementi birinci çoxluğun yalnız bir elementinə uyğun olsun. Qarşılıqlı birqiymətli uyğunluq bəzən qarşılıqlı birqiymətli inikas, yaxud biyeksiya adlandırırlar. İki çoxluğun elementləri arasında qarşılıqlı birqiymətli uyğunluq yaratmaq mümkündürsə, onlar eyni gücə malikdir. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Həddən artıq uyğunluq (film, 2016)
Həddən artıq uyğunluq — Rejissor Ülviyyə Könülün filmi. == Məzmun == Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar. Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda. Bəlkə də, heç görüşməyəcəklər?

Значение слова в других словарях