UZUNQANAD

zool.
1. sif. Qanadları uzun olan. Uzunqanadlı quşlar.
2. İs. mənasında.
Uzunqanadlılar – uzunqanadlıların və milçəkquşuların daxil olduğu quşlar dəstəsinin adı.
UZUNKİRPİKLİ
UZUNQANADLI
OBASTAN VİKİ
Uzunqanad
Uzunqanad (lat. Apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Adi uzunqanad
Ağqarın uzunqanad
Kiçik uzunqanad
Kiçik uzunqanad (lat. Apus affinis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Afrika və Asiyada yaşayır. Ömrünün uzun hissəsini həşəratlarla qidalanaraq, uçmaqla keçirir. Yuvalarını binaların açıq yerlərində, yaxud qayalıqlarda qurur. Bir dəfəyə 1—4 yumurta yumurtlayır. Çoxalmaq üçün eyni yerə ildə bir dəfə qayıdır və zəruri hallarda yuvasını bərpa edir. Hindistanda bu quşun yuvasında Cimex hemipterus növlü parazit tapılıb.
Kəkilli uzunqanad
Kəkilli uzunqanad (lat. Hemiprocne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kəkilli uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Qara uzunqanad
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".
Uzunqanad yarasa
Uzunqanad yarasa (lat. Miniopterus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin uzunqanad yarasalar fəsiləsinə aid heyvan cinsi.
Uzunqanad yarasalar
Uzunqanad yarasalar (lat. Miniopteridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi.
Adi uzunqanad yarasa
Adi uzunqanad yarasa (lat. Miniopterus schreibersii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin uzunqanad yarasalar fəsiləsinin uzunqanad yarasa cinsinə aid heyvan növü. Latın adı avstriya zooloqu Karl Anton Fon Şraybersin şərəfinə adlandırılıb. == Yayılması == Onlara Avropa və Asiyanın cənubu, Afrika və Avstraliyada rast gəlmək olar. Şri-Lanka, Yava, Sumatra Kalimantan, Sulavesi, Yeni Qvineya, Fillippin adaları, Solomon adaları, Şimali Koreya, Rusiya və Yaponiya kimi ərazilərdə də rast gəlmək olar. Cənubi Qafqazın şərq hissəsində yayılmış Miniopterus schreibersii pallidus növünə aiddir. Bu növ Azərbaycanın əsasən, Kiçik Qafqazın dağları ərazisi boyunca rast gəlinir. Onların 7 məntəqədə populyasiyası aşkarlanmışdır. == Yaşayış yeri və həyat tərzi == Dünyada 2200 metr yüksəkliyə malik ərazilərdə rast gəlmək olar. Azərbaycanda aşkarlanan populyasiya əsasən 1000–1600 hündürlükdə yerləşən ərazilərdə yayılmışdır.
Amerika uzunqanadı
Amerika uzunqanadı (lat. Cypseloides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli uzunqanadlar
Kəkilli uzunqanadlar (lat. Hemiprocnidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Uzunqanadkimilər
Uzunqanadkimilər (lat. Apodiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Uzunqanadlar
Uzunqanadlar (lat. Apodidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Uzunqanadlar (aerobatika eskadronu)
Uzunqanadlar (rus. Стрижи) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 1991-ci il 6 may tarixində yaradılmışdır.
Uzunqanadlılar
Uzunqanadlar (lat. Apodidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Значение слова в других словарях