VAYN

is. \[ing. vine\] tex. infor. Altı saniyəlik videorolikdən ibarət mobil telefon proqramı.
VAY-FAY
VAZA-ARI
OBASTAN VİKİ
Anton Vayno
Anton Vayno (est. Anton Vaino, rus. Анто́н Эдуа́рдович Ва́йно; d. 17 fevral 1972, Tallin, Estoniya SSR, SSRİ) — Rusiya prezidenti Administrasiyasının rəhbəri (12 avqust 2016-cı ildən). 17 fevral 1972-ci ildə Estoniya SSR-in paytaxtı Tallində anadan olmuşdur. 1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Rusiyanın Yaponiyadakı səfirliyində, Xarici İşlər Nazirliyində işləmişdir. 2003-cü ildə Rusiya Prezident Administrasiyasına keçmiş və protokol xidməti İdarəsinə təyin olunmuşdur. O, bu idarədə müxtəlif vəzifələr tutmuşdur. Putin prezident postunu Dmitri Medvedyevə ötürdüyü dövrdə baş nazir postuna keçəndə Anton Vayno Hökumət Aparatına təyin olunub, daha sonra aparat rəhbərinin müavini, baş nazirin protokol xidmətinin rəhbəri olmuşdur.
Emi Vaynhauz
Emi Uaynhaus (ing. Amy Jade Winehouse; 14 sentyabr 1983[…] – 23 iyul 2011[…], Kamden[d], London, Birləşmiş Krallıq) — güclü kontralto səsi və eksentik musiqi janrların qarışmasını ifa etməsi ilə məşhur, əsasən R&B, soul və caz, britaniyalı müğənni və mahnıların müəllifi. Tənqidçilər onu 2000-ci illərin aparıcı ifaçılardan biri kimi tanımışdılar. Səsi old school ifaçıları Ella Fitscerald, Dina Vaşinqton və Sara Voqanın səsinə bənzəyir. 2006-cı ildə çıxan Back to Black adlı albomu 5 Qremmi mükafatına layiq görülmüşdür. Ona görə də Ginnesin rekordlar Kitabına 5 dəfə Qremmi mükafatı alan birinci Britaniyalı kimi qeyd olunub. 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi Brit Awards mükafatı almışdır. Uaynhaus 2011-ci il iyul ayının 23-də alkoqoldan zəhərlənərək ölüb. Emi Ceyd Uaynhaus 1983-cü ilin sentyabrın 14-də Londonda Yəhudi ailədə anadan olmuşdur. Onun valideynləri – Rusiya imperiyasıdan mühacirət edənlər Yəhudilərin övladları idilər.
Georgi Vayner
Georgi Aleksandroviç Vayner — Rusiya yazıçısı. Georgi Vayner 10 fevral 1938-ci ildə Moskva şəhərində doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanı yazarıdır. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında "Ya sledovatel" ("Mən təhqiqatçıyam"), "Vizit k Minotavru", "Qonki po vertikali", "Çası dlya mistera Kelli" kimi ünlü əsərlər də var. 1979-cu ildə rejissor Stanislav Qovoruxin Vaynerlərin "Era miloserdiya" kitabı əsasında məşhur "Görüş yerini dəyişmək olmaz" filmini çəkib. 1990-cı ildən bəri ABŞ-də yaşayırdı. O, 11 iyun 2009-cu ildə vəfat edib. G. Vayner keçmiş SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.
Harvi Vaynşteynin cinsi təcavüz iddiası
Harvi Vaynşteynin cinsi təcavüz iddiası - 2017-ci ilin oktyabrında The New York Times və The New Yorker tərəfindən nəşr edilmiş məqalələrdə səsləndirilən, Miramax və The Weinstein Company film şirkətlərinin yaradıcısı olan Oskar mükafatlı film prodüseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddiadır. Kino sənayesində çalışan bir neçə qadın sonradan verdikləri açıqlamada Vaynşteynlə oxşar təcrübə yaşadıqlarını bildirmişlər. Məlumatların yayılmasından qısa müddət sonra, "The Weinstein Company" direktorlar şurasının qərarı ilə Harvi Vaynşteyn şirkətin direktoru vəzifəsindən azad edilmiş, Vaynşteynin həyat yoldaşı olan aktrisa və dəb dizayneri Corciya Çepmen boşanmaq üçün məhkəməyə müraciət etmiş, bir çox nüfuzlu sənət xadimləri və siyasətçilər Vaynşteyni tənqid edən fikirlər səsləndirmişlər. Harvi və Bob Vaynşeyn qardaşları yaratdıqları Miramax film şirkətinə 1979-2005-ci illərdə rəhbərlik etmişlər. 2005-ci ilin martında "The Weinstein Company" şirkətinin əsasını qoyan qardaşlar elə həmin ilin sentyabrında "Miramax"dan uzaqlaşmışlar. İlk məlumatlar, "The New York Times" müxbirləri olan Codi Kantor və Meqan Touhinin 5 oktyabr 2017-ci ildə nəşr edilmiş araşdırma məqaləsində verilmişdir. Məlumatda Vaynşteyn otuz illik bir müddətdə bir neçə aktrisaya, o cümlədən "Miramax" və "The Weinstein Company" ilə əməkdaşlıq etmiş köməkçi, müvəqqəti əməkdaş və digər vəzifələrdə çalışmış bir neçə qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır. 10 oktyabr 2017-ci ildə "NBC News" müxbiri Ronan Farrou "The New Yorker"ə verdiyi məlumatda bildirir ki, ən azı 13 qadın Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qalmış və ya təqib edilmiş, üçü isə zorlanmışdır. Farrou bildirir ki, bir neçə ay əvvəl bu haqda NBC-də məlumat yaymaq istəsə də, telekanal ola bilsin ki, təzyiq altında qalaraq buna icazə verməmişdir; NBC isə bu məlumatı təkzib edir. Farrounun sözlərinə görə, Vaynşteynlə birlikdə çalışmış 16 işçi və ya köməkçi onun qadınlara qarşı seksual hərəkətlərinin şahidi olmuş və ya bu haqda məlumatlı olduqlarını bildirmişlər.
Karl Vayno
Karl Vayno (est. Karl Vaino, rus. Карл Ге́нрихович Ва́йно; 28 may 1923, Tomsk – 12 fevral 2022, Moskva) — Estoniya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1978–1988). 28 may 1923-cü ildə Tomsk şəhərində eston kommunisti Henrix Vaynonun ailəsində anadan olmuşdur. 1978–1988-ci illərdə Estoniya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləmişdir. Estoniyada etirazların başlamasından sonra vəzifəsindən çıxarılmış, Moskvaya, Sov. İKP MK-da vəzifəyə təyin olunmuşdur. Son illərə qədər Moskvada yaşamışdır.
Leonid Vaynşteyn
Leonid Vaynşteyn (tam adı: Leonid Moiseyeviç Vaynşteyn; 20 aprel 1945, Bakı – 20 iyun 1994, Bakı) — bəstəkar, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Leonid Vaynşteyn 20 aprel 1945-ci ildə anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə professor Qara Qarayevin sinfi üzrə bitirmişdir. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasının və Asəf Zeynallı adına Musiqi Texnikumunun bəstəkarlıq kafedralarında dosent, elecə də Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı vəzifələrində çalışmışdır. Müxtəlif janrlarda əsərlər bəstələyərək, teatr-səhnə və simfonik musiqiyə üstünlük vermişdir. Musiqiləri Azərbaycan, Rusiya və keçmiş SSRİ respublikaları, Avropa ölkələri, ABŞ və İsraildə səslənmişdir. Əsas əsərləri: "İlham" baleti, "Səhranın bəyaz günəşi" rok-operası, üşaqlar üçün "Çəkməli pişik", "Zoluşka" operaları, Böyük simfonik orkestr üçün 6 simfoniya, Violino Konserti, simli orkestr üçün Konsert, simli kvartet; orqan üçün "Memorial" triptixi (Xocalı soyqırımına ithaf), qarışıq xor ilə BSO üçün "Azərbaycan-60" kantatası (R.Zəkanın şeirlərinə, F.Qarayevlə birlikdə); solist, kişi xoru və BSO üçün "Dənizə dönmək istərəm" oratoriyası (Nazim Hikmətin şeirlərinə), "Dəniz, səma və məhəbbət" vokal silsiləsi (Nəbi Xəzrinin şeirlərinə), teatr, kinofilmlər üçün musiqi, estrada pyesləri, romans və mahnılar. Son əsərlərindən biri "Sənin baharın gələcək Azərbaycan!" ("Твоя весна придёт Азербайджан!") romansı olmuşdur. Leonid Vaynşteyn 1994-cü ildə Bakıda vəfat etmişdir. Moisey Vaynşteyn və Olqa Belyavskanın oğlu, Əbdürrəhman Vəzirovun bacısı Bəyaz Vəzirovanın həyat yoldaşı, Harri Kasparovun əmisi, Timur Vaynşteynin atasıdır.
Moisey Vaynberq
Moisey Samueloviç Vaynberq (12 yanvar 1919, Varşava – 26 fevral 1996, Moskva) — polyak bəstəkarı. RSFSR xalq artisti (1980). SSRİ dövlət mükafatı laureatı (1990). 22 simfoniya, 7 opera, 8 konsert və s. müəllifidir. Moisey Vaynberq 1919-ci ildə Varşava şəhərində anadan olub. 1939-cu ildə Varşava konservatoriyasını, Yuzef Turçinskinin sinfini bitirmişdir. 1939-cu ilin sentyabrında müharibə başladıqda SSRİ-yə qaçmış və burada bir çox filmlərə, o cümlədən Durnalar uçur filminin bəstəkarı olmuşdur. Moisey Vaynberq 1996-cı ildə Moskvada vəfat etmişdir. Durnalar uçur (film, 1957) / rus.
Moisey Vaynşteyn
Moisey Rubinoviç Vaynşteyn — azərbaycanlı yəhudi bəstəkar, konduktor. 1906-cı ildə Bakı quberniyasında anadan olmuşdur. 1930-cu ildə Musiqi Texnikumunu bitirmiş, 1934-cü ildə isə konservatoriyanın məzunu olmuşdur. Bakı Gənclər teatrında (1928-1931), Qırmızı Ordu Teatrında (1931-1933) və Sanitar Mədəniyyət Teatrında (1933-1934) dirijor işləmişdir. 1934-1937-ci illər arası Azərbaycan Dövlət Radiosunda musiqi direktoru, 1939-1940-cı illərdə Azərbaycan SSR İncəsənət aparatının musiqi şöbəsinin müdiri olmuş, 1940-1941ci illərdə Filarmoniyada işləmişdir. Əsasən teatr və opera üçün musiqi yazmışdır. Əsərləri: «Sulamif» (Mixail Kriştul ilə birlikdə, 1937) «Siqnal» (Mixail Kriştul ilə birlikdə, 1941) Veniamin Kamerinin əsərləri əsasında «Mişa, Maşa və Kaşey» uşaq operası (1943) «Əkin sahəsi zərbəçiləri» (1930) «Fra Edhenio» (1931) «Sülh mələyi» (1932) «Tacir Kaşanikovun mahnısı» (Mixail Kriştul ilə birlikdə, 1940) «Pioner dəsti» (1940) Simfoniya (1940) «Seyran» hekayəsinə aimfoniya (Mixail Kriştul ilə birlikdə) Violançel orkestri üçün simfoniya (1955) 4 Azərbaycan xalq mahnısının fortepiano və skripkaya uyğunlaşdırılması (1938) Olqa Belyavska ilə evlənmişdir. Oğulları: Leonid Vaynşteyn - bəstəkar. Kim Vaynşteyn - mühəndis, Harri Kasparovun atası.
Timur Vaynşteyn
Timur Vaynşteyn (tam adı: Timur Leonidoviç Vaynşteyn ; 1 mart 1974, Bakı) — televiziya prodüseri. Yarı azərbaycanlı, yarı yəhudi ailəsində doğulmuşdur. Timur Leonidoviç Vaynşteyn 1 mart 1974-cü ildə Bakıda anadan olub. 1991-ci ildən "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir. Bu komanda 1992-ci ilin çempionu, 1995-ci il yay kubokunun sahibi, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülüb. Timur Vaynşteyn 1996-cı ildə Azərbaycan Tibb Universitetinin həkim-psixiatr ixtisasını bitirib. 1997-ci ildə Rusiya Televiziya Mütəxəssisləri İnstitutunda televiziya rejissorluğu ixtisasına qəbul olunub. "VİD" telekompaniyasında müxbir, redaktor, rejissor, daha sonra "Tema" "Dobriy Veçer s Yuliyem Qusmanom" verilişlərinin rəhbəri, "Ças pik", "İşu tebya" və müxtəlif verilişlərin müəllifidir. 1998-ci ildə "VİD" telekompaniyasının ən yaxşı redaktoru seçilib. 2000-ci ildə "PlANETA KVN" proqramının və "KVN. 40 let shutya" serialının rejissorudur.
Vaynax
Vaynax (ansambl)
Vaynax (ansambl)
Vaynax Dövlət rəqs ansamblı — 1939-cu ildə yaradılan Çeçenistan Respublikasının milli rəqs ansamblı. Vaynax ansamblı 1939-cu ildə mahnı və rəqs kollektivi olaraq təşkil edilmişdir. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mahmud Esambayev, Andarbek Sadıkov, Vaxa Dakaşev, Gelani Yusupov və Çeçenistanda digər məşhur rəqqaslar karyeralarına burada başlamışdılar. Çeçenlərin və inquşların deportasiyasından sonra ansambl fəaliyyətini dayandırmışdır. 1956-cı ildə ansambl yenidən yaradıldı. Bütün Orta Asiyada yaşayan çeçenlər və inquşlar arasında müsabiqə elan edildi və nəticələrinə görə ansamblın yeni tərkibi quruldu. Ansamblın yaradılmasında çeçen aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti Əbdülhəmid Həmidovun böyük rolu olmuşdur. N.Xalebski ansamblın bədii rəhbəri, Qelani Yusupov isə xoreoqraf idi. 1957-ci ilin may ayında canlanan ansamblın ilk konserti baş tutdu və bununla da kollektiv böyük uğur qazanmağa başladı. 1969-1994-cü illərdə Topa Elimbayev ansamblın bədii rəhbəri idi.
Vaynax (jurnal)
Vaynax — Çeçenistanın paytaxtı Qroznıda nəşr olunan aylıq ədəbiyyat və incəsənət dərgisi. 1991-ci ildən nəşr olunur. Əvvəlllər "Ədəbi Çeçen-İnquşetiya" adlanırdı. İlk baş redaktor şair Alvadi Şayxiyev olub. Vaynax bədii-ədəbi jurnal 1991-ci ildən Qroznıda nəşr olunmağa başlamışdır. Jurnal aylıq dərc olunur. Onun səhifələrində ədəbiyyatla yanaşı incəsənətə də yer verilir. Dərgi yarandığı ilk dövrlər "Ədəbi Çeçen-İnquşetiya" adlanırdı. Jurnalın ilk baş redaktoru şair Alvadi Şayxiyev olub. Sonradan dərginin baş redaktorları Berdukayev, Xamzat Sarakayev, Ramzan Baysultanov olublar.
Vaynax dilləri
Vaynax dilləri — çeçen və inquşlar tərəfindən Çeçenistan və İnquşetiyada və həmçinin, çeçenlərin yaşadığı digər bölgələrdə danışılan dillər. Gürcüstandakı batslarla birlikdə Nax-Dağıstan dillərinin Nax qolunu təşkil edirlər.
Vaynaxtsmann
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Vaynay Sadayuki
Vaynay Sadayuki (和井内貞行, 29 mart 1858 – 16 may 1922) – Yaponiya balıq seleksiyaçısı. Heç bir balığın yaşaya bilməyəcəyi düşünülən Tovada gölü üçün alabalıq cinsi yetişdirməsinə görə tanınır. 1858-ci ildə Yaponiyanın Mutsu əyalətində (hazırda Akita prefekturası) anadan olub. 1884-cü ildə Tovada gölü üçün iki karp cinsi yetişdirsə də, uğur qazana bilməyib. 1902-ci ildə Hokkaydonun Şikotsu gölündən gətirilmiş nerkaları gölə uyğunlaşdırmağa çalışıb. 1905-ci ildə nəhayət göl üçün balıq cinsi yetişdirməyi bacarıb. Daha sonra Yaponiyada bir çox balıq yaşamayan gölə də bu cinsi təqdim edib. Yetişdirdiyi balıq cinsi onun şərəfinə Vaynay alabalığı kimi tanınır. 1922-ci ildə ölmüşdür. Kodansha Encyclopedia of Japan.
Vaynona Rayder
Vaynona Rayder (ing. Winona Ryder/) — Peşəkar olaraq Winona Ryder kimi tanınan, Amerikalı aktrisadır. O, Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir neçə mükafatın sahibidir və iki Akademiya Mükafatına namizəd olub . O, əvvəlki filmlərində qəribə rollar alması, daha sonra 1990-cı illərdə daha görkəmli rollar oynaması ilə tanınır.
Vaynsberq
Vaynsberq (alm. Weinsberg‎) — Almaniyanın Baden-Vürtemberq torpağında şəhər. Şəhər öz şərabı ilə tanınır. Ştutqart inzibati ərazi dairəsinin Haylbronn rayonunda yerləşir və Raum-Vaynsberq bələdiyyələr birliyinə daxildir. Əhalisi 2012-ci ilin sonuna olan məlumata görə 11349 nəfərdir. Sahəsi 22,22 km² təşkil edir. Şəhər üç rayona bölünmüşdür. Şəhərin hündür yerində Vaybertroy (alm. Weibertreu‎ — qadın sədaqəti) qalasının qalıqları yerləşir. Köln kral salnaməsində (lat.
Vaynştadt
Vaynştadt (alm. Weinstadt‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Stuttgart inzibati dairəsində şəhər. Sahəsi 31.71 km2, əhalisi 26302 nəfərdir (2006).
Vilson Vaynrey
Wilson James Whineray (10 iyul 1935, Oklend – 22 oktyabr 2012, Oklend) — Yeni Zelandiyada biznes meneceri və reqbi oyunçusu kimi fəaliyyət göstərib. O, 2014-cü ildə Richie McCaw tərəfindən üstələnənə qədər milli reqbi ittifaqı komandasının, ən uzun müddət ərzində xidmət edən kapitanı idi. Wilson Whineray ilk karyerasında bir sıra komandalarda dayaq mövqeyində oyanmışdı. Wairarapa , Mid Canterbury , Manawatu , Canterbury , Waikato və nəhayət , doğma şəhəri olan Oklend komandasında oynadı. 1959–1966-cı illər arasında 61 oyun keçirdi. O, həmçinin Cənubi Ada , Şimal Ada və Yeni Zelandiya millisində oynamışdı. O, 1957–1965-ci illər arasında 77 oyun keçirdi, 67 — oyunda kapitan olaraq cıxış etdi. Whineray 1962-ci il Yeni il mükafatlarında idmana, xüsusən də reqbi futboluna göstərdiyi xidmətlərə görə Britaniya İmperiyasının (OBE) ordeni ilə təltif olundu. 1965-ci ildə Yeni Zelandiyada ilin idmançısı seçildi.
Vaynlend (Nyu-Cersi)
Vaynlend (ing. Vineland) — ABŞ-nin Nyu-Cersi ştatının Kamberlend dairəsində yerləşən şəhər.