videoyazı
viktorina
OBASTAN VİKİ
Vikinq-metal
Vikinq metal — 1980-ci illərin sonunda black metal qrupu Bathorynin işıq üzü görən Hammerheart albomunun black metaldan uzaq olması nəticəsində ortaya çıxmışdır. Beləliklə Bathory ilk viking metal qrupu olmuş bundan sonra vikinq metala yönəlmişdir. Növün mənşələri black metal və heavy metala söykənən, folk metal birləşmə növlərindən biri olaraq qəbul edilir. vikinq rok isə vikinq metalın alt musiqi növü olaraq qəbul edilir. Viking metalda digər Metal musiqi növləri kimi ağırlıqlı olaraq elektro gitar, bass gitara, bateri, sərt vokallar istifadə edilir, ayrıca bəzən klaviatura və bəzi fərqli təsirlər yaratmaq üçün yerli skandinav çalğı alətləri musiqidə istifadə edilir. Mahnılarda ümumiyyətlə Viking Dövrünün mifologiyası, tragediyası izah edilir. Ayrıca mahnılara, əksəriyyətlə qəhrəmanlıq, döyüş və dramatik mövzular işlənir. Xarakteristikası Viking metal, ümumiyyətlə gurultulu, nizamsız qəmləri ilə birlikdə klaviatura melodiyalarıyla birlikdə əksəriyyətli qəmli və kədərli bir musiqi növüdür. Viking metalda ayrıca vərdiş edilməyən akustik, yerli skandinav çalğıları istifadə edilməsi musiqiyə rəng qatır. Tarixi Bathorynin 1990-cı ildə nümayiş etdirdiyi Hammerheart adlı albomu şimaldakı Viking metal axınının başlanğıcı olaraq və ilk Viking metal albomu olaraq qəbul edilir.
Vikinq proqramı
Vikinq proqramı — NASA tərəfindən Marsa göndərilən "Vikinq 1" və "Vikinq 2" kosmik zondlarından ibarət missiyadır. Bu, nə vaxtsa Mars üçün nəzərdə tutulan ən bahalı missiya idi, ümumi dəyəri təxminən 1 milyard $ təşkil edirdi. 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Mars planetinin səthi haqqında əsas məlumatların əldə edilməsində əvəzsiz rolu olmuşdur. "Vikinq 1" 20 avqust 1975-ci ildə, "Vikinq 2" isə 9 sentyabr 1975-ci ildə Yerdən uçuşa başlayıblar. Təxminən 9 ay sonra, yəni 19 may 1976-cı ildə "Vikinq 1", 7 avqust 1976-cı ildə isə "Vikinq 2" Mars atmosferinə daxil olur. Nəhayət, "Vikinq 1" 20 iyul, "Vikinq 2" isə 3 sentyabr 1976-cı ildə Mars səthinə uğurlu eniş etdilər.
Vikinq dövrü
Vikinq dövrü Avropa tarixində VIII əsrin sonundan XI əsrə qədər olan dövrdür. Bu dövr Şimali Avropa və Skandinaviya tarixini XI əsrin ortalarına qədər, xüsusən də German Dəmir dövründən sonrakı dövrü əhatə edən dövrdür. Bu dövrdə vikinqlər ticarət, basqın, müstəmləkəçilik və fəth üçün dənizlər və çaylar vasitəsilə Avropanı araşdırdılar. Vikinqlər Qrenlandiya, Nyufaundlend, Farer adaları, İslandiya, Norveç, İsveç, Şotlandiya, İngiltərə, İrlandiya, Hollandiya, Almaniya, Ukrayna, Rusiya və Türkiyədə məskunlaşmışdılar.
Vikinqlər
Vikinqlər — azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlarda üzən müxtəlif tayfalardan ibarət (əsasən skandinav mənşəli) sosial təbəqə. 810-cu ildən başlayaraq 300 il Skandinaviyada hökm sürüblər. 300 il ərzində vikinqlər bütün Avropaya yürüş ediblər. Avropanın çox yerində məskən salan vikinqlər Qrenlandiyanı kəşf edib, Xristofor Kolumbdan 500 il əvvəl Şimali Amerikaya ayaq basan ilk avropalılar olub, Fransada və Şotlandiyada öz dövlətlərini yaradıblar. Anqlo-sakslar və digər millətlər Skandinaviyanı tərk etdikdən sonra buraya danlar gəlib, 800-cü ildə öz dövlətlərini yaratdılar. 810-cu ildə şah Qotrrikın ölümündən sonra dövlət dağıldı və vikinqlər hakimiyyətə gəldilər. Buna səbəb vikinqlərin çoxsaylı gəmiləri və dənizdə güclü naviqasiyaya malik olmaları idi. 814-cü ildə Böyük Karlın qurduğu Frank dövləti vikinqlərin və ərəblərin hücümlarından sonra dağıldı. Amma vikinqlərin düşmənları birləşəndə və vikinqlərə hücüm edəndə sonuncular uduzurdular. Belə ki, vikinqlər 878-ci ildə İngiltərədə məğlub oldular.
Vikinqlər (teleserial, 2013)
Vikinqlər (ing. Vikings) — Maykl Hörst tərəfindən «History Channel» üçün yaradılan tarixi dram serialı. İrlandiya Respublikası ərazisində çəkilən teleserialın premyerası 3 mart 2013-cü ildə Kanadada keçirilmişdir. Serial əfsanəvi Raqnar Lodbrok və onun ailəsinin, övladlarının həyatından, qədim dövrdəki vikinqlərin həyat tərzindən bəhs edir. Raqnar, qorxmaz bir döyüşçü olmaqla yanaşı, tanrılarla bağlı olan Skandinaviya adət-ənənələrini təcəssüm etdirir. O, adi bir kəndçidən yarllığa yüksəlir və İngiltərəyə uğurlu basqınlar təşkil edir. Raqnar yoldaşlarının və ailəsinin dəstəyi ilə Skandinaviya kralı olur. Raqnarın ölümündən sonrakı mövsümlər onun övladlarının həyatları barədədir. Onların hekayələri İngiltərədə, Skandinaviyada və Aralıq dənizində cərəyan edir. Serial 793-cü ildə vikinqlər dövrünün başlanğıcı ilə başlayır.
Vikinqlər Qalisiyada
Vikinqlər Qalisiyada — IX-XII əsrdə Atlantik okeanı vasitəsilə vikinqlərin Qalisiyadakı fəaliyyətləri. Vikinq döyüşçülər, səyyahlar, tacirlər VIII əsrdən başlayaraq Skandinaviyadan Qərbi Avropaya yayılmağa başlamışdırlar. Sahillər və çaylar boyunca basqınlar edərək yeni ərazilərdə məskunlaşırdılar. Normandiyaya yerləşərək yeni bir hersoqluq yaratmışdırlar. Bu hersoqluğun idarəsində həm vikinqlər, həm də normanlar iştirak edirdilər. Vikinqlər IX əsrdə Qalisiyaya hücum etməyə başlamışdırlar. Bartin Annalsa görə vikinqlər Qalisiyaya 849-cu ilin avqustunda çatmışdırlar. Bu tarixdə bir vikinq donanması Qalisiyanın Qaronne çayı boyunca kəndləri talan etmişdilər. Asturiya kralı I Ramiro Oviedo vikinqlərlə döyüşərək onların geri çəkilməsinə məcbur etmişdir. Əfsanəyə görə fırtına ilə gələn vikinqlərin geri çəkilməsi dua vasitəsilə mümkün olmuşdur.

Значение слова в других словарях