voix
volaille
OBASTAN VİKİ
Kim So Vol
== Haqqında == Kim Sowol (김소월) (7 sentyabr 1902 – 24 dekabr 1934) koreyalılar tərəfindən ən çox sevilən Koreya şairlərindəndir. Yapon müstəmləkəsi dövründə fəaliyyət göstərmiş bu şairin əsl adı Kim Jeongsikdir (김정식) və Kim Sowol əsərini dərc edərkən istifadə etdiyi təxəllüsdür. Kim Sowol 33 illik qısa bir ömür yaşasa da, o, bir xalq şairi kimi 150-yə yaxın şeir yazıb və bu gün də koreyalıların duyğularını özündə əks etdirən şeirləri ilə sevilib. == Həyat və fəaliyyəti == Şair Kim Sowol (김소월), 1902-ci ildə Şimali Pyonqan əyalətinin Qusonqqun, Seosanmyeon, Vanginri şəhərində Kim Seongdo və Jang Gyeongsukun ailəsində anadan olub. O, atasının məmləkəti Namdandong, Qwaksanmyeon, Jeongjugun, Şimali Pyonqan əyalətində (indiki Namdanri, Qwaksangun, Şimali Pyonqan vilayəti) böyüyüb. 1904-cü ildə onun atası Kim Seonqdo qohumunun evində at sürərkən, Çenju ilə Qvaksan arasında dəmiryolunu çəkən yapon çobanları yemək oğurlamaq üçün Kim Seonqdonu qaçırmağa çalışırlar. Xoşbəxtlikdən onun həyatı xilas edilir, lakin o, ağır hücumlardan sonra TSSB-dən əziyyət çəkməyə başladı. O, yeməkdən imtina etdi və ailəsi ilə danışmadan otaqda qalırdı. Sonra aclıqdan öldü. Gənc Kim Sowol atasına yazığı gəlirdi.
Scarchives Vol. 1
Bend Over and Pray the Lord — Lordi studiya albomu.
Black Sabbath Vol. 4
Black Sabbath Vol. 4 – İngilis heavy metal qrupu Black Sabbath-ın 1972-ci ildə çıxardığı dördüncü studiya albomu. Albom Böyük Britaniyanın albom siyahılarında 8-ci sıraya, Billboard 200 siyahılarında isə 13-cü sıraya qədər qalxdı. Qrup əvvəlcə albomu Snowblind adlandırmaq istəyirdi. Ancaq səsyazma şirkəti, eyniadlı trekin kokain ilə bağlı mahnı sözlərinin doğuracağı qalmaqaldan qorxdu. 2000-ci ildə Q jurnalı bütün dövrlərin 100 ən böyük albomu siyahısında Vol.4-ü, 60-cı yerə layiq gördü. == Albomun mahnıları == Wheels of Confusion/The Straightener — 7:57 Tomorrow’s Dream — 3:06 Changes — 4:41 FX — 1:39 Supernaut — 4:40 Snowblind — 5:25 Cornucopia — 3:49 Laguna Sunrise — 2:48 St.
Sexe, violence, Rap & flooze Vol.2
Sexe, Violence, Rap & Flooze Vol.2 - Busta Flexin 2008-ci ildə çıxan mahnı albomu.
1952 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1952 — qadınlararası dünya çempionatlarının ilkidir. Turnir 1952-ci ildə avqust ayının 17-də başlamış, 29-da bitmişdir. Yarışlara SSRİ paytaxtı Moskva ilə ev sahibliyi etmişdir.
1956 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1956 — qadınlararası dünya çempionatı yarışlarının sayca ikincisidir. Yarışlar 1956-cı ildə avqust ayının 30-u başlayıb sentyabrın 12-i başa çatmışdı. Turnir Fransada təşkil olunmuşdu. SSRİ-də İlk dünya çempionatındakı kimi oyunlar yalnız bir şəhərdə — Parisdə keçirilmişdi. == Komandalar == == Qrup mərhələsi == === "A" Qrupu === === "B" Qrupu === === "C" Qrupu === === "D" Qrupu === === "E" Qrupu === == II mərhələ == II mərhələ yarışlarda son mərhələ sayılır. Bu mərhələdə ölkələr iki qrupa bölünür. Birinci qrup əsas qrup sayılır və burada 1-ci 10-cu yer uğrunda mübarizə aparılır. İkinci qrupda isə qruplarda nəticə əldə edə bilməyən yeddi komanda yarışır. Bu mərhələnin əsas qrupunda doqquz matçın hamısında rəqiblərini məğlub edən SSRİ millisi ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü.
1960 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1960 — qadınlararası dünya çempionatı yarışlarının üçüncüsüdür. Turnir 1960-cı il oktyabr ayının 29-u başlamış, noyabr ayının on dördündə başa çatmışdı. Bu baxımdan ilk iki çempionatdan daha çox sürmüşdü. Oyunlar Braziliyada keçirilmişdi. Qalib isə ardıcıl üçüncü dəfə SSRİ milli komandası olmuşdu.
1962 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1962 — hələlik ilk və yeganə çempionatdır ki, özündən əvvəlki analoji turnirdən iki il sonra başlamışdı. 1962-ci ildə oktyabr ayının on üçündə Sovet Sosialist Respublikaları İttifaqında başqa bir deyimlə, SSRİ-də başlamışdı. Turnirin qapanış matçı isə adı çəkilən ayın iyirmi beşində olmuşdu. Turnirin qalibi böyük sensassiya ilə Yaponiya olmuşdu. Halbuki ev sahibi SSRİ millisi çempionatın açıq-aşkar fovariti sayılırdı. Bu baxımdan SSRİ-dən fərqli ölkənin çempion olduğu ilk dünya çempionatıdır.
1967 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1967 — Yaponiyanın ev sahibliyi altında təşkil edilən, oyunlarından çox qalmaqalları ilə yadda qalan bir turnir idi. Belə ki, turnirə öncədən on bir komandanın üç qrupa bölünərək qatılacağı gözlənilirdi. Amma ev sahibi Yaponiya Qərbi Almaniya və Şimali Koreya himnlərinin səslənməyəcəyini, bayraqlarının qaldırılmaycağını və ən nəhayət adlarının olduğu kimi qeyd edilməyəcəyini bildirmişdi. O zamanlar Sovet bloku olaraq bilinən ölkələrdən yeddisi Şimali Koreya, Çexoslovakiya, SSRİ, Qərbi Almaniya, Çin Xalq Respublikası, Polşa və Macarıstan öz milli komandalarının yarışda iştirakını qadağa etmişlər. Beləliklə sonda dörd komanda ilə asan mübarizəyə girən Yaponiya çətinlik çəkmədən ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü. Maraqlısı budur ki, turnirdə iştirak edən komandalardan yalnız Peru medal qazana bilməmişdi. Sonda hər dörd komanda 1968-ci ilin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.
1970 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1970 — 1970-ci ildə Bolqarıstanda təşkil olunan turnir. Turnirin əksər oyunları Varna da təşkil olunmuşdu. Bu dünya çempionatına 16 komanda qatılmışdı. Həmçinin ilk və hələlik yeganə qadınlararası dünya çempionatı idi ki, özündən əvvəlki analoji yarışdan üç il sonra baş tutmuşdu. Qalib adına dördüncü dəfə SSRİ yığma komandası layiq görülmüşdü. Turnirdə ikinci və üçüncü yerləri isə uzaq şərqdən müvafiq olaraq Yaponiya və Şimali Koreya milliləri tutmuşlar.
1974 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1974 — ilk dəfə 20-dən artıq komandanın qatıldığı dünya çempionatı. Çempionat çərçivəsində 120 qarşılaşma oynanılmışdı. Turnir 1974-cü ilin oktyabr ayının 10-u başlamış, 27-i başa çatmışdı. Qalib adına isə üçüncü səfər Yaponiya layiq görülmüşdü.
1978 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1978 — 1978-ci ilin payızında dahaq dəqiq desək, avqustun 25-i və oktyabr 27-i aralığında Sovet Sosialist Respublikaları İttifaqında keçirilən turnir. Əvvəlki dünya çempionatlarından uzun davam etməsinə görə fərqlənirdi. İki ay davam edən turnirin qalibi Kuba olmuşdur. Yarışda iyirmi dörd komandanın iştirak edəcəyi gözlənilsə də Şimali Koreya son anda imtina etmə qərarı almışdı. Turnirin coğrafiyası da əvvəlkilərdən fərqli olmuşdu. Yarışlara hazırda Rusiya şəhərləri olan Volqoqrad və Leninqradla (indiki Sank-Peterburq) yanaşı müasir dövrümüzdə fərqli-fərqli ölkələrin paytaxtları olan Minsk və Riqa da ev sahibliyi etmişdi.
1982 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1982 — 1982-ci ilin sentyabrında Peruda təşkil olunan turnir. Turnir adı çəkilən ayın 13-ü başlamış, 25-i başa çatmışdır. Bu Voleybol üzrə qadınlararası dünya çempionatı əvvəlkilərdən fərqli olaraq Avstraliya və Okeaniyadan da komanda qatılmışdır. Belə ki, bu regiondan olan Avstraliya millisi tarixində ilk dəfə olaraq mundialda iştirak etmişdi. Turnirdə nə az, nə çox düz 24 komandanın qatılacağı gözlənilirdi. Belə də oldu. Ancaq gözlənilməyən süprizlərlə. Belə ki Şimali Amerika regionundan turnirə vəsiqə qazanan Dominikan Respublikası son anda imtina qərarı almışdı. Belə olan halda isə onun yerinə təsnifat mərhələsində Dominikan Respublikası millisindən sonra ən yaxşı nəticəni əldə etmiş komanda yəni, Puerto Riko millisi ikinci dəfə bu mötəbər turnirə qatılmaq şansı əldə etdi. Dominikan Respublikasından başqa Qərbi Almaniya milli komandası da ölkədaxili problemlər səbəbindən 1982-ci il dünya çempionatına qatılmaqdan imtina etdi.
1986 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1986 — 1986-cı ildə keçmiş Çexoslovakiyanın paytaxtı Praqada təşkil olunmuş turnir. Voleybol üzrə qadınlararası dünya çempionatlarının yubiley yarışları (10-cu) olan mundial sentyabrın ikisi başlamışdır. On bir gün davam edən yarışda 16 qadın milli komanda iştirak etmişdi. Sonda çempion ardıcıl ikinci dəfə bu uğura imza atan Çin milli komandası olmuşdur.
1990 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1990 — 1990-cı ildə Çində təşkil edilən, SSRİ-nin çempionluğu ilə bitən turnir. Avqust ayının səkkizində başlayan dünya çempionatı sentyabrın birində yekunlaşmışdır. Yarışda ilk dəfə olaraq Çin Taybeyinin milli komandası iştirak etmişdir. Onlarla yanaşı Misirin də debüt turniri olmuşdur.
1994 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1994 — 1994-cü ilin oktyabr ayında ikinci dəfə Braziliyada təşkil olunan turnir. Sonda Kubanın zəfər çaldığı on ikinci mundialda gümüş medalın sahibi ev sahibləri olmuşdur. Bürünc medalı isə SSRİ-nin dağılmasından sonra ilk dünya çempionatında iştirak edən Rusiya milli voleybol komandası olmuşdur. Turnirə həmçinin tarixdə ilk dəfə olaraq Azərbaycan milli komandası da qatılmışdır. Azərbaycan müstəqil olduqdan sonra komanda idman növlərində ilk dünya çempionatını və ən böyük idman yarışı məhz bu turnir olmuşdur. Turnirdə qazanılan onunculuq hələ də top, həmçinin komanda idman növlərindəki ən böyük uğurumuzdur.
1998 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1998 — 1998-ci ildə keçirilmiş voleybol dünya çempionatı. Turnir həmin il Qış Olimpiya Oyunlarını da keçirən Yaponiyada təşkil olunmuşdu. Qalib adına ardıcıl ikinci dəfə (ümumilikdə üçüncü dəfə) Şimali Amerikadan Kuba layiq görülmüşdü.
2014 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol uzrə qadınlararası dünya cempionatı 2014 — 2014-cü ildə İtaliyada təşkil ediləcək turnir. Munidal sentyabrın 23-də başlayıb, oktyabr ayının 12-də başa çatacaq.
2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı
2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı voleybol üzrə sayca 30-cu Avropa Çempionatı idi, onun təşkilatçısı Avropada voleybola nəzarət edən Avropa Voleybol Konfederasiyası idi. Turnir 2017-ci il sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanda keçirilmişdir. Finalda Serbiya Hollandiya millisinə qalib gələrək, ikinci dəfə bu titula yiyələnmişdir. 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan Türkiyəyə məğlub olmuşdur. Serbiya millisinin üzvü Tiyana Boşkoviç turnrin ən dəyərli oyunçusu seçilmişdir. == İştirakçılar == Turnirdə 16 yığma komandalar iştirak edirdilər: 2 ev sahibi (Azərbaycan və Gürcüstan), əvvəlki Avropa çempionatının yekunlarına əsasən vəsiqə qazanmış 5 komanda (Rusiya, Hollandiya, Serbiya, Türkiyə və Almaniya), seçmə mərhələsinin ikinci raundunun 6 qalibi (İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus), həmçinin üçüncü raundun üç qalibi (Çexiya, Ukrayna və Macarıstan). == Təsnifat mərhələsi == == Turnirin formatı == Turniri iki müxtəlif mərhələlərdə keçirilirdi. Birinci mərhələdə 16 iştirakçı komandalar hər birində dörd komanda olan dörd qrupa bölündü. Komandaların qrup mövqelərini təyin etmək üçün hər qrupda dairəvi sistem tətbiq olunmuşdur (aşağda verilən meyarlara əsasən). Hər qrupun üç ən yaxşı komandaları (cəmi 12 komanda eliyir) ikinci mərhələyə keçirlər: qrup qalibləri dörddə bir finalla, ikinci və üçüncü yeri tutanlar isə pley-off mərhələsi ilə iştiraklarını davam etdirilər.
ABŞ milli voleybol komandası
ABŞ milli voleybol komandası - ABŞ-ni beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.
AGİL Volley Novara
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır. == Tarixi == Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı. 2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı. Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.Qərarın əziyyəti ilə boğuşan klub 2006-cı ilə qədər fəaliyyət göstərməmişdir.
AGİL Volley Novara QVK
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır. == Tarixi == Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı. 2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı. Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.Qərarın əziyyəti ilə boğuşan klub 2006-cı ilə qədər fəaliyyət göstərməmişdir.
Alisa Volton
Alisa Louise Volton (2 oktyabr 1949) — Walmart Inc sərvətinin Amerikalı varisidir. O, Walmart-ın qurucusu Sem Volton və Helen Voltonun yeganə qızı və S. Robson Volton, Cim Volton və Con T. Voltonun bacısıdır. 2016-cı ilin sentyabr ayında Walmartın 11 milyon dollardan çox səhmlərinə sahib oldu. 2020-ci ilin may ayına olan məlumata görə, dəyəri 56 milyard dollar olan 9-cu və dünyanın ən varlı qadını olaraq yer aldı. Forbes-in məlumatına görə, 2020-ci ilin iyul ayına görə Alice Walton, 62.9 milyard dollar dəyərində xalis dəyəri ilə Forbes 400’də 11-ci yerdədir. == Həyatı və təhsili == Volton Arkanzas ştatının Newport şəhərində anadan olub. 3 qardaşı ilə birlikdə Bentonville, Arkanzasda böyüdü və 1966-cı ildə Bentonville HS-ni bitirdi. Texas ştatının San Antonio şəhərindəki Trinity Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsini bitirib. == Karyerası == O, karyerasına First Commerce Corporation'da kapital analitiki və pul meneceri kimi başlayıb və Arvest Bank investisiya fəaliyyətinə başçılıq edib. Uolton, eyni zamanda EF Huttonda broker kimi çalışıb.
Anton Volks
Anton Çarles Volks (8 fevral 1997, London – 19 yanvar 2023, Mayami, Florida) — Tottenhem Hotspur klubuna məxsus, icarə əsasında Portsmut klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == Volks Tottenhem Hotspur akademiyası vasitəsilə inkişaf etmişdir. O, əsas komanda ilə debütünü 21 sentyabr 2016-cı ildə İngiltərə Liqa Kubokunda Gillingem klubuna qarşı oyunda etmişdir. 26 yanvar 2017-ci ildə Volks MLS təmsilçilərindən olan Atlanta Yunayted klubuna icarəyə verilmişdir. İcarə haqqları mediyaya açıqlanmamışdır.O, 2018-ci ilin yanvar ayında Portsmut klubuna icarəyə verilmişdir. == Karyera statistikası == 4 iyul 2017 tarixində yenilənib.
Aralıq dənizi Oyunlarında voleybol
Aralıq dənizi Oyunlarında voleybol — 1959-cu ildən kişilərin yarışları ilə tətbiq olunur. Qadınların voleybolu isə ilk dəfə 1975-ci ildə Əlcəzair şəhərində təşkil edilən Aralıq dənizi Oyunlarının proqramına salınmışdır. Həm qadınların, həm də kişilərin yarışlarında açıq-aşkar İtaliyanın üstünlüyü var. Onlar ümumilikdə 13 qızıl, 3 gümüş və 3 bürünc medal əldə etmişdirlər.
Artemi Volınski
A.P.Volınski (1689-1740) – Pyotr çağının bacarıqlı gənc siyasi xadimlərindən biridir. == Həyatı == O, məşhur Volınskilər nəslindəndir. Atası Pyotr Volınski çar sarayında süfrəçi kimi xidmət etmişdi. Xəzər dənizi hövzəsində öz hökmranlığını yaratmaq istəyən I Pyotr 1715-ci ildə İsfahana, İran şahının yanına böyük bir elçilik göndərmişdi. Ayrı-ayrı peşə və ixtisasları təmsil edən 71 adam A.P.Volınskinin başçılığı ilə bu elçiliyin tərkibinə qoşulmuşdu. Dərbəndə 1716-cı il avqustun 28-də gəlib çatan elçilik oktyabrın 27-dən dekabrın 4-dəkŞamaxıda qalmış, sonra Muğan və Təbrizdən keçərək İsfahana yollanmışdı. Burada aparılan danışıqlardan sonra (14 mart – 1 sentyabr 1717-ci il) elçilər Lənkərandan keçməklə yenidən Şamaxıya qayıtmış, 1717-ci il dekabrın 12-dən 1718-ci il iyunun 16-a kimi yenidən burada qalmışdılar. Beləliklə,Rusiya elçiləri Səfəvi İranının paytaxtı İsfahanda 5 ay yarım Şamaxıda isə 7 ay yarım olmuşdu. Buradan aydındır ki, Şimali Azərbaycan və bütünlükdə Zaqafqaziya məsələsi elçiliyin və çar Rusiyası hökumətinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri idi. Tarixi ədəbiyyatda A.P.Volınski elçiliyinin yazıları geniş öyrənilmişdir.
Avstraliya milli voleybol komandası
Avstraliya milli voleybol komandası - Avstraliyanı beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.
Avstriya milli voleybol komandası (qadınlar)
Avstriya qadın milli voleybol komandası — Avstriyanı qadın voleybolundakı beynəlxalq yarışlarda və yoldaşlıq görüşlərində təmsil edən komanda. Bu milli adı çəkilən ölkənin kişi voleybolçularından fərqli olaraq voleybolda bir qədər zəif gücə malikdir. Belə ki, Avstriyada qadın voleybolundan fəqli olaraq kişi voleyboluna çox böyük maraq vardır. == Tarixi == Avstriya qadın millisi son illərdə Avropa voleybolunun zəiflər kateqoryiasına ayırd edilir. FİVB reytinqində yalnız 6 xala malik olması buna sübutdur. Milli komanda 2013 Avropa çempionatının seçmə mərhələsində Finlandiya, Belarus və Azərbaycan milliləri ilə bir qrupa düşmüşdü. Finlandiyada baş tutan birinci dövrənin oyunlarında hər üç komandaya 3–0 hesabı ilə məğlub olmuşdu. Azərbaycanda keçirilən ikinci dövrənin oyunlarında isə Azərbaycan və Belarusa 3–0 Finlandiyaya 3–2 məğlub olmuşlardı. Bu oyunlarda komandada ən çox fəqlənən oyunçu isə Markoviç olmuşdu.Avstriya millisi 2014-cü il Voleybol üzrə Qadınlar Dünya Çempionatının seçmə mərhələsində ilk olaraq Lixtenşteynə 3–0 daha sonra da Yunanıstana eyni hesabla məğlub olaraq növbəti tur şansını itirdi. Son oyunda da Slovakiyaya 3–2 uduzan milli komanda ilk roundda sonuncu yeri tutaraq son dərəcə rüsvayçı bir nəticəyə imza atdı.
Avstriya qadın milli voleybol komandası
Avstriya qadın milli voleybol komandası — Avstriyanı qadın voleybolundakı beynəlxalq yarışlarda və yoldaşlıq görüşlərində təmsil edən komanda. Bu milli adı çəkilən ölkənin kişi voleybolçularından fərqli olaraq voleybolda bir qədər zəif gücə malikdir. Belə ki, Avstriyada qadın voleybolundan fəqli olaraq kişi voleyboluna çox böyük maraq vardır. == Tarixi == Avstriya qadın millisi son illərdə Avropa voleybolunun zəiflər kateqoryiasına ayırd edilir. FİVB reytinqində yalnız 6 xala malik olması buna sübutdur. Milli komanda 2013 Avropa çempionatının seçmə mərhələsində Finlandiya, Belarus və Azərbaycan milliləri ilə bir qrupa düşmüşdü. Finlandiyada baş tutan birinci dövrənin oyunlarında hər üç komandaya 3–0 hesabı ilə məğlub olmuşdu. Azərbaycanda keçirilən ikinci dövrənin oyunlarında isə Azərbaycan və Belarusa 3–0 Finlandiyaya 3–2 məğlub olmuşlardı. Bu oyunlarda komandada ən çox fəqlənən oyunçu isə Markoviç olmuşdu.Avstriya millisi 2014-cü il Voleybol üzrə Qadınlar Dünya Çempionatının seçmə mərhələsində ilk olaraq Lixtenşteynə 3–0 daha sonra da Yunanıstana eyni hesabla məğlub olaraq növbəti tur şansını itirdi. Son oyunda da Slovakiyaya 3–2 uduzan milli komanda ilk roundda sonuncu yeri tutaraq son dərəcə rüsvayçı bir nəticəyə imza atdı.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.