Vədə (film, 2016)
Vədə (ing. The Promise) — Terri Corcun rejissorluğu ilə çəkilmiş, əsas rollarını Kristian Beyl və Oskar Ayzekin oynadığı, erməni soyqırımından bəhs edən, təqdim edilməsi gözlənilən tarixi dram filmidir.
Maykl (Oskar Ayzek) Osmanlı imperiyasının şərqində, Ermənistan ərazisində, kiçik erməni kəndində yaşayır və bu kənddən olan zəngin qıza 400 qızıl sikkə başlıq pulu vəd edir. Vədini yerinə yetirmək üçün o, həmin dövrdə ermənilər arasında tarixi adı ilə Konstantinopol kimi tanınan böyük şəhərə üz tutur. Şəhərdə tibb təhsili alan Maykl nüfuzlu generalın oğlu ilə dostlaşır. "Associated Press" müxbiri olan Kristofer (Kristian Beyl) Konstantinopola gələrkən özü ilə Parisdə böyümüş erməni mənşəli xanım Ananı da bu şəhərə gətirir. Maykl Konstantinopolda Ana ilə görüşür və ona aşiq olur. Osmanlı imperiyasında ermənilərin köçürülməsinə başlanılır. Mayklın bu işlərdən uzaqlaşmaq şansı olsa da, o tələbə yoldaşına kömək etmək üçün müharibəyə gedir. Lakin, zəngin dayısını müdafiə etdiyinə görə sonradan həbsə salınır.