VƏHŞİYANA
VƏKALƏT
OBASTAN VİKİ
Vəhy
Vəhy – teologiyanın əsas anlayışı olub, mistik nurlanma halında fövqəltəbii reallığın fövqəlhissi dərkini ifadə edir. Dini məntiq isə vəhyin bütün varlıqların əsl və həqiqi yaradıcısının var olduğuna işarə etdiyini bir mənalı şəkildə iddia edir. Vəhy bu mənanın təsdiqləyicisi kimi çıxış edir. Bu yaradılmış məxluqların mövcud olduqları formaların ən doğrusu olduğunu, o anda, o məkanda bu formanın, vəziyyətin xaricində digərinin qeyri-mümkün olduğunu da ifadə edir. Vəhyin mahiyyəti dini istilahların məntiqi izahına tabedir. Vəhyin mahiyyətinin iki tərəfi vardır.: Vəhy Tanrının əmr və xəbərlərini yaratdıqlarına çatdırma tərzidir. Tanrıdan yaratdıqlarına çatdırılan biliyin tipidir.Vəhy həm məhdud çərçivədə ilahi biliyin seçilmiş insana, peyğəmbərə göndərilmə prosesinin adı, həm də çatdırılan biliklərin məcmusudur. İstər yəhudilərin Tövratı, istərsə də xristianların İncili, yaxud da müsəlmanların Qurani Kərimi həmin din mənsublarına görə, dini kitablar olmaqla bərabər, həm vəhy əsəridir, həm də bilavasitə vəhyin özüdür. Dini istilah olaraq vəhy termini müxtəlif mənalarda səsləndirilir. Bu ifadələr doğru başa düşülmədiyi təqdirdə, cəmiyyətdə fərqli fikir ayrılıqlarına yol aça bilir.
Vəhy dinlər
İbrahimi dinlər, həmçinin Tövhidi dinlər və ya Vəhy dinləri — Yaxın Şərqdən çıxmış, ortaq nöqtə olaraq İbrahim peyğəmbəri əsas alan dini təlimlərə verilən ad. Hazırkı üzvləri: İbrahim dinləri, İbrahim nəslinin peyğəmbərləri ilə müqayisə olunan Orta Şərq mənşəli monoteist dinlərdir. Xronoloji qaydada, İbrahim dinləri Yəhudilik, Xristianlıq və İslamdır. Bəzən bəhailər də bu kateqoriyaya daxil olur. == Mənşəyi və tarixi == Yəhudilik və Xristianlıq peyğəmbərlərindən İbrahimin oğlu İshaqın nəsilləri; İsmail peyğəmbər Məhəmməd İslamın nəslindən sayılır. İbrahim kəlməsi "çox millətlərin atası" mənasını verir. Məkkəlilər İbrahimin dinini mandayizm adlandırırdılar. Quranda İbrahim bir hanif olaraq xatırlanır. İbrahimin adı Tanahda Abram olaraq xatırlanır. İslam mədəniyyətində səmavi dinlər anlayışı bəzən İbrahim dinləri anlayışına cavab olaraq istifadə olunsa da, tam eyni deyil.
Vəhy Kitabı
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).
Vəhyin mahiyyəti
Vəhyin mahiyyəti Bir Allaha imana əsaslanan dünya dinlərində: yəhudilik, xristianlıq və islamda vəhy məhfumu mühüm rol oynayır. Lakin bir dinin içində belə ayrı-ayrı məzhəblər vəhyin mahiyyəti üstündə ixtilafa düşürlər. Məsələn, xristianların arasında vəhyi Allahın insana “diktə” ilə yazdırması və Allahla insanın birgə işləməsi kimi qəbul edənlər vardır. Bununla belə, səmavi sayılan bu dinlərin hərəsində, ümumiyyətlə, vəhyin mahiyyətinə dair bir əqidə formalaşıb. == Yəhudilikdə == Yəhudi dini ilahi vəhyin insanlara görüntüdə, röyada və ya mələklərin vasitəsilə verildiyini və tək bir adamın – Musa peyğəmbərin bilavasitə Allahla söhbət etdiyini öyrədir. Yəhudi ilahiyyatçıları Tövratın dünya yaranmazdan əvvəl səmada var olduğuna və dünyanın Tövratın vasitəsilə yarandığına inanırlar. Onlar Tövrat dedikdə çox vaxt ümumilikdə Tanaxı nəzərdə tuturlar. Yəhudilər bütün Tövratın, o cümlədən şifahi Qanunun da Sina dağında Musaya diktə edildiyinə inanırlar. Tövratın Allahın Kəlamı kimi müqəddəsliyi yəhudilikdə son dərəcə əhəmiyyətli bir əqidədir. Musanın Tövratda özündən bircə kəlməsini əlavə etdiyini güman edən insan Allahın Kəlamını təhqir etmiş sayılır.
İlahiyyatçı Yəhyanın Vəhyi
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).

Digər lüğətlərdə

коло́дочка паралити́чка попросте́ть ри́мляне то́ненько библиоте́карша быть под па́ру секвести́ровать унаво́живание купе салы тешить ъ backhanded barricado extravasation haphazardly pyuria steeplejack wildwood аэрометр борный бранный встряхиваться насторожить