Bir qalanın sirri: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Film şablonu qaydaya salınır
k Film şablonu qaydaya salınır
Sətir 21: Sətir 21:
|Musiqi tərtibatı =
|Musiqi tərtibatı =
|Rəssam = [[Nadir Zeynalov]]
|Rəssam = [[Nadir Zeynalov]]
|Geyim Rəssamı =
|Geyim rəssamı =
|Səsləndirənlər =
|Səsləndirənlər =
|İfaçı =
|İfaçı =

12:19, 29 sentyabr 2020 tarixindəki versiya

Bir qalanın sirri
Janr kino nağılı[d], fantastika filmi
Rejissor
Ssenari müəllifi
Baş rollarda
Operatorlar
Bəstəkar
İstehsalçı Azərbaycanfilm
İlk baxış tarixi 15 yanvar 1961
Müddət 81 dəq.
Ölkələr
Dil Azərbaycan dili
Rəng rəngli
IMDb ID2081190

Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey FaytƏli Zeynalov ifa edirlər.

Məzmun

Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.[1]

Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir.[2]

Film haqqında

Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. [1]

Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi. "Bir qalanın sirri" filmi belə yarandı.

Film rejissor Əlisəttar Atakişiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.

Rollarda

Gündüz Abbasov — Elşən
Tamara Kokova — Mətanət
Məmmədrza Şeyxzamanov — Eldostu
Əli Qurbanov — Kamran baba
Andrey FaytGöygöz Kosa
Əli Zeynalov — Simnar xan
Ağadadaş Qurbanov — usta
Ağahüseyn Cavadov — falçı
Məlik Dadaşov — dərviş
Telman Əliyev — Hadı
Fərhad İsmayılov — Bıdı

Filmi səsləndirənlər: Müxlis Cənizadə - Elşən (Gündüz Abbasov) (titrlərdə yoxdur) Sofa Bəsirzadə - Mətanət (Tamara Kokova) (titrlərdə yoxdur) İsmayıl Əfəndiyev - Eldostu (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur)

İstinadlar

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 46
  2. "Mətanət bacı"nın 77 yaşı tamam olub: Tamara Kokova çoxdandır filmlərə çəkilmir: ["Bir qalanın sirri" filmində Mətanət obrazını yaratmış Tamara Kokova haqqında] //Kaspi.- 2011.- 7 aprel.- S. 15.

Mənbə

  • Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Əlisəttar Atakişiyev. “Uşaq filmlərinin çəkilməsi” //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31; 287.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 125-130.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər