Ağasəlim Atakişiyev: Redaktələr arasındakı fərq
kRedaktənin izahı yoxdur Teqlər: Vizual redaktor Mobil redaktə Mobil veb redaktə |
k HotCat vasitəsilə Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvləri əlavə olundu |
||
Sətir 46: | Sətir 46: | ||
[[Kateqoriya:Azərbaycan generalları]] |
[[Kateqoriya:Azərbaycan generalları]] |
||
[[Kateqoriya:Bakıda doğulanlar]] |
[[Kateqoriya:Bakıda doğulanlar]] |
||
[[Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvləri]] |
13:34, 28 aprel 2022 tarixindəki versiya
Ağasəlim Atakişiyev | |
---|---|
Fayl:Ağasəlim Atakişiyev.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Birləşmiş Dövlət Siyasi İdarəsi, NKVD, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi[d] |
Döyüşlər | |
Rütbəsi | general-mayor (1945) |
|
|
Təltifləri |
Ağasəlim İbrahim oğlu Atakişiyev (1903[1], Bakı – 1970, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (1950–1953).
Həyatı
Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyas — Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləmişdir. A. Atakişiyev bu illər ərzində məsul tapşırıqları yerinə yetirmiş, sosializm dövlətinin düşmənlərinə qarşı mübarizə etmişdir. A. Atakişiyev 1931-ci ildə ÜİK(b)P sıralarına daxil olmuşdur.[2]
A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə Azərbaycan SSR xalq daxili işlər komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində böyük təşkilatçılıq işi görmüşdür.
1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Xalq Komissarının birinci müavini olmuşdur. Sonra o, N.Ordusunun hərbi şura üzvü təyin edilmişdir. 1945-ci ildə ona general-mayor rütbəsi verilmişdir.[2]
Ağasəlim Atakişiyev SSRİ ikinci çağırış Ali Sovetinə deputat seçilmişdir. Sosialist dövləti qarşısında xidmətlərinə görə A. Atakişiyev Lenin ordeni, Qırmızı Bayraq Ordeni, iki dəfə I dərəcəli Vətən müharibəsi ordeni, "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Qafqazın müdafiəsi üçün" və "Almaniya üzərində qələbə üçün" medalları ilə təltif etmişdir.
İstinadlar
- ↑ Петров Н. В. Кто руководил органами госбезопасности: 1941—1954 (rus.). Мемориал, 2010. ISBN 966-95519-0-0
- ↑ 1 2 Коммунист. № 43 (8255). 1 март 1950-ҹи ил.
- 1903-cü ildə doğulanlar
- 1970-ci ildə vəfat edənlər
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Bakıda doğulanlar
- Bakıda vəfat edənlər
- Azərbaycanın daxili işlər nazirləri
- Azərbaycan generalları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvləri