Boz ay: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Obraz
{{Obraz
| color =
| color =
| adı = '''Boz ay'''
| adı = '''Boz ay'''<br>{{Dil-az2|بوز آی}}
| orijinal adı =
| orijinal adı =
| seriya =
| seriya =
Sətir 16: Sətir 16:
| data1 = 4 kiçik çillə
| data1 = 4 kiçik çillə
| başlıq2 = Keçirilən mərasimlər
| başlıq2 = Keçirilən mərasimlər
| data2 = [[Çərşənbə (mifologiya)|çərşənbələr]]
| data2 =
*[[Çərşənbə (mifologiya)|çərşənbələr]]
** [[Yel çərşənbəsi]]
** [[Od çərşənbəsi]]
** [[Su çərşənbəsi]]
** [[Torpaq çərşənbəsi]]
*** Danatma vaxt
* Aləmin yatdığı vaxt

| başlıq3 = Əvvəlki dövr
| başlıq3 = Əvvəlki dövr
| data3 = [[Kiçik Çillə]]
| data3 = [[Kiçik Çillə]]
| başlıq4 = Sonrakı dövr
| başlıq4 = Sonrakı dövr
| data4 = [[Qarayaz]]
| data4 = [[Qarayaz]]
| başlıq5 =
| başlıq5 = Digər adları
| data5 =
| data5 = “Alaçalpov”, “Ağlar-gülər”
| info-başlıq =
| info-başlıq =
| noinfo =
| noinfo =
Sətir 54: Sətir 62:
| data33 =
| data33 =
}}
}}
'''Boz ay''' – [[Azərbaycan]]da xalqın keçmiş adət-ənənəsinə görə [[Novruz bayramı]] gəlməzdən əvvəl olan dövrə verilmiş ad. Boz ayda [[su çərşənbəsi]], [[od çərşənbəsi]], [[yel çərşənbəsi]] və [[torpaq çərşənbəsi]] qeyd olunur. Sonuncu, həm də "ilaxır çərşənbə" adlanır. Boz aya "yazın qırxlı çağı" da deyilir<ref>{{Cite web |title=Azərbaycan qəzeti, 17 Mart 2011 |url=http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=21976 |access-date=2011-03-16 |archive-date=2016-03-05 |archive-url=https://web.archive.org/web/20160305011420/http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=21976 |url-status=live }}</ref>
'''Boz ay''' ({{Dil-az2|بوز آی}}) – [[Azərbaycan]]da xalqın keçmiş adət-ənənəsinə görə [[Novruz bayramı]] gəlməzdən əvvəl olan dövrə verilmiş ad. Boz ayda [[su çərşənbəsi]], [[od çərşənbəsi]], [[yel çərşənbəsi]] və [[torpaq çərşənbəsi]] qeyd olunur. Sonuncu, həm də "ilaxır çərşənbə" adlanır. Boz aya "yazın qırxlı çağı" da deyilir<ref>{{Cite web |title=Azərbaycan qəzeti, 17 Mart 2011 |url=http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=21976 |access-date=2011-03-16 |archive-date=2016-03-05 |archive-url=https://web.archive.org/web/20160305011420/http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=21976 |url-status=live }}</ref>


== Müddəti ==
== Müddəti ==

10:31, 8 iyul 2023 tarixindəki versiya

Boz ay
az-əbcəd. بوز آی
Od çərşənbəsində Novruz atəşi. Boz ay
Od çərşənbəsində Novruz atəşi. Boz ay
Daxil olan dövrlər 4 kiçik çillə
Keçirilən mərasimlər
Əvvəlki dövr Kiçik Çillə
Sonrakı dövr Qarayaz
Digər adları “Alaçalpov”, “Ağlar-gülər”

Boz ay (az-əbcəd. بوز آی‎) – Azərbaycanda xalqın keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilmiş ad. Boz ayda su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsitorpaq çərşənbəsi qeyd olunur. Sonuncu, həm də "ilaxır çərşənbə" adlanır. Boz aya "yazın qırxlı çağı" da deyilir[1]

Müddəti

Boz ay 22 fevralda başlayıb ilin qısa və uzun olması ilə bağlı olaraq 20-22 marta qədər davam edir. Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür. [2] Kiçik Çillənin qurtarmasından Novruz bayramına qədər davam edir. [3]

Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Ancaq başqa aylardan aldığı üçün günləri hava şəraiti baxımından bir-birinə oxşamırlar. [4]

Xarakteristikası

Siz məni uzaqda görmüsünüz, sizin acığınıza mən də gedib buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri, çölləri, yamacları cücərdəcəyəm. [5]

— Boz ay[5]

Havanın dəyişkən keçməsinə görə bu ay “Alaçalpov”, “Ağlar-gülər”, “Boz ay” adlandırılır. Ayın dəyişkənliyi və sərtliyini vurğulamaq üçün “Boz ay bozara-bozara keçər”, “Boz ay boz sifətin göstərir” deyirlər. [3][4] Boz ay dövründə qışın qurtarmasını və təbiətin oyanmasını qeyd etmək üçün ilaxır çərşənbələr qeyd edilir. Bu günlərdə od-ocaq qalanır, insanlar üzərindən atılaraq ağırlıq-uğurluqdan xilas olur. [4]

Boz ay xalq arasında “Döl ayı” da adlandırılır. Bu ayda qoyunlar balalayır, quzular mələyir. Dölün başlanmasına görə çobanlar sevinir, şənliklər keçirilirdi. Bu zaman hazırlanan yeməklər kətəməz və sulux, şirniyyat isə qovutdur. Bulama payı göndərilir, oğlan uşağı qoçun üstündə sürüyə salınır. [4][6]

İlin necə keçəcəyi Boz ayından bəlli olur. Bu ayda bağ-bağçaya qulluq edilir, otlaqlar səliqəyə salınır, arılar üçün şirə, ruzi payı ayrılır. Boz ayının ortalarında taxıl sahələrinin suvarılması gülənbər, döndərmə, çiçəksuyu adlandırılır. Təzə bağ salanlar şitili bu ayda basdırır. [6]

Boz ay müddətində Novruza qədər evlər təmizlənir, səməni və bayram donu hazırlanır. Havanın tutqun keçdiyini görən uşaqlar Günəşi çağırma mərasimi keçirir, Günəşin övladlarından yazı – Saçlı qızı istəyirlər. [6][7]

Daxil olan mərasimlər

  • Yel çərşənbəsi. Bu zaman ev-həyət təmizlənir. Havalar isinir və torpaq yumşalır. Əkin və bağ işi üçün münbit şərait yaranır. [8]
  • Su çərşənbəsi. Bu zaman əkin və bağın oyanmasını istəyənlər çərşənbə tonqalının külünü sahələrə səpir, istiliyin süni simvolunu yaradır. [9]
  • Torpaq çərşənbəsi. Torpaq isinir, yerin canına istilik gəlir, novruzgülü çıxır. Oğlan və qız uşaqları novruzgülünü çərşənbə xonçası üçün yığırlar. [9]
  • Od çərşənbəsi. Qalanan tonqalda mütləq tikanlı kol da yandırılır. Bu, baharın gəlməsini yubatmaq istəyən qüvvələri qorxudur. Bütün ailə üzvləri tonqal üzərindən hoppanaraq köhnə ilin ağrısından xilas olurlar. [10]
    • Danatma vaxtı. Axır çərşənbədə Günəşin çıxması və qarşılanması mərasimidir. Qızlar qaba su doldurur, üstünə örpək örtür, suyun içinə daş-qaş salırlar.[11]
  • Aləmin yatdığı vaxt. Qışın sonu və yazın başlanğıc anını göstərən əsrarəngiz bir vaxtdır. İlin son Çərşənbə günü və ya Novruz Bayramın açılacaq gecənin gündüzə çevrildiyi anda reallaşır. Çaylar, dərələr, yəni axar sular bir an üçün durur, sonra təkrar axmağa başlayırlar.[12]

İstinadlar

  1. "Azərbaycan qəzeti, 17 Mart 2011". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-16.
  2. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 13
  3. 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 19
  4. 1 2 3 4 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 443
  5. 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 440
  6. 1 2 3 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 444
  7. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 445
  8. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 20
  9. 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 22
  10. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 24
  11. Abdullayeva S. A. Azərbaycan folklorunda çalğı alətləri. Bakı: Adiloğlu, 2007. — 216 s.
  12. Beydili, 2003. səh. 431

Ədəbiyyat

  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
  • Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi tərcümədə ing. — "{{{1}}}".