Konstantin Stanislavski: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 35: Sətir 35:


1909-cu ildə şirkətə mis prokat və kabel zavodları binaları üçün əlavə yer lazım oldu. Kollegiya zavod teatrının ləğvi məsələsini qaldırdı. Stanislavski şuranın rəyi ilə razılaşmaq məcburiyyətində qaldı, lakin bir şərtlə ki, şirkətin hesabına Moskva İncəsənət Teatrında işçilər üçün müəyyən sayda yer ayrılsın.
1909-cu ildə şirkətə mis prokat və kabel zavodları binaları üçün əlavə yer lazım oldu. Kollegiya zavod teatrının ləğvi məsələsini qaldırdı. Stanislavski şuranın rəyi ilə razılaşmaq məcburiyyətində qaldı, lakin bir şərtlə ki, şirkətin hesabına Moskva İncəsənət Teatrında işçilər üçün müəyyən sayda yer ayrılsın.
== Teatra həvəs ==


== İstinadlar ==
== İstinadlar ==

15:11, 12 may 2024 tarixindəki versiya

Konstantin Stanislavski
Doğum tarixi 5 (17) yanvar 1863[1]
Doğum yeri
Vəfat tarixi 7 avqust 1938(1938-08-07)[2][3][…] (75 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr rejissoru, teatr aktyoru, pedaqoq, kinorejissor, aktyor, rejissor, müəllim, teatrşünas, təşəbbüskar
Fəaliyyət illəri 1877-ci ildən
Teatr
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı qartal" ordeni
SSRİ xalq artisti RSFSR xalq artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstantin Sergeyeviç Stanislavski (rus. Константи́н Серге́евич Станисла́вский , əsl familiyası Aleksandrov; 5 (17) yanvar 1863[1], Moskva[2]7 avqust 1938[2][3][…], Moskva[2]) — Rus və sovet teatr rejissoru, aktyoru, müəllimi, nəzəriyyəçisi, teatr islahatçısı. SSRİ-nin ilk xalq artisti (1936), Lenin ordeni sahibi (1937). SSRİ Elmlər Akademiyasının fəxri üzvü (1925).

Yüz ildir Rusiyada və dünyada son dərəcə populyar olan məşhur aktyor sisteminin (Stanislavski sistemi) yaradıcısı.

Konstantin Stanislavski 1888-ci ildə Moskva İncəsənət və Ədəbiyyat Cəmiyyətinin yaradıcılarından biri olub. 1898-ci ildə Vladimir Nemiroviç-Dançenko ilə birlikdə Moskva İncəsənət Teatrının əsasını qoyub.

Həyatı

Konstantin Stanislavski 5 (17) yanvar 1863-cü ildə Moskvada Savva Mamontov və Tretyakov qardaşları ilə qohum olan sənayeçi Sergey Alekseyevin (1836-1893) böyük ailəsində (doqquz qardaş və bacı) anadan olub. 1877-ci ildə ailə başçısı Moskva tacir gildiyasının başçısı seçilib.</ref>[4]

Konstantinin anası Yelizaveta Vasilyevna Yakovleva (5 aprel 1841 - 12 oktyabr 1904) əslən Sankt-Peterburqdan idi. O, 1-ci gildiyanın taciri Vasili Abramoviç Yakovlevin (1806-1848; Finlandiyada karxanaların sahibi, O.Monferranla birgə işləyib, Müqəddəs İsaak kilsəsi və İsgəndər sütunu üçün qranit tədarük edib) və Parisli aktrisa Mari Varlenin qızıdır.[5] Teatrda Mari Varleti ikinci dərəcəli rollar ifa edirdi.[6] Bir neçə il davam edən qeydiyyatsız nikahda Yakovlev və Varlenin iki qızı olub - Mari (təxminən 1838) və Adel (1841). Adelin doğulmasından qısa müddət sonra ailə dağıldı - Varle rəsmi olaraq onunla evlənən başqa bir kişi ilə yaşamağa başladı və 1847-ci ildə Mixaylovski Teatrının daimi fransız truppasında işə düzəldi. Burada subret rolunda çıxış edirdi.[7] Mari və Adel onları rəsmi olaraq övladlığa götürən atalarının himayəsində qaldılar. Atalarının vaxtsız ölümündən sonra onun gənc dul arvadı onlara pis ögey ana kimi davranırdı.[8] Sonradan Mari Varle uzun illər Moskvada, nəvələrinin qonşuluğunda yaşadı. Ancaq Alekseyev uşaqlarına onunla ünsiyyət qurmağı qadağan etdi. Bu ailədə onunla hər cür əlaqə qadağan olunmuşdu.[9] Stanislavski nənəsi ilə heç vaxt görüşməməsinə baxmayaraq, teatra olan həvəsini ondan miras aldığına əmin idi.[10]

Konstantin zəif uşaq kimi doğulmuşdu, raxit xəstəliyindən əziyyət çəkirdi, gec danışmağa başladı və 10 yaşına qədər "l" və "r" hərflərini tələffüz edə bilməyib. Anasının qayğısı sayəsində 9-10 yaşlarında gücləndi, sürətlə inkişaf etməyə başladı və həmyaşıdları arasında liderə çevrildi. Dövrün adət-ənənəsinə görə o ilk təhsilə evdə başlayıb. Valideynlər uşaqları üçün Moskvada ən yaxşı müəllimləri işə götürürdülər. Lakin "hərbi xidmət üçün möhlət almaq hüququ və müvafiq təhsil ixtisası" səbəbindən 1875-ci ilin yazında Konstantin imtahan verdi və dördüncü klassik gimnaziyanın ikinci sinfinə daxil oldu. Bu gimnaziya Pokrovka, 22 ünvanında yerləşir, iki qədim dilin tədrisi üzrə ixtisaslaşmışdı. Qeyd edək ki, onun klassik gimnaziyanı seçməyinin səbəbi var idi. Belə ki, real gimnaziyaların məzunlarından fərqli olaraq klassik gimnaziyaların məzunları universitetdə təhsillərini davam etdirə bilirdilər.[11] 1878-ci il avqustun sonunda Konstantin Stanislavski gimnaziyanı bitirərək Lazarev Şərq Dilləri İnstitutunun beşinci sinfinə daxil oldu. Burada ilk səkkiz sinif klassik gimnaziyanın kursuna uyğun idi. 1881-ci ilin payızında Konstantin atasını onu Lazarev İnstitutunu bitirməyə məcbur etməməyə inandırdı.

Alekseyevlər ailəsi teatrı sevirdi - onların Moskvadakı evində teatr tamaşaları üçün yenidən qurulmuş bir zal, Lyubimovka mülkündə isə bir teatr binası var idi.

Şirkət rəhbərliyində

1881-ci ilin payızında Konstantin Lazarev İnstitutunu tərk etdikdən, bir neçə ay sonra qiymətli metallar şirkəti olan "Vladimir Alekseyev şirkətinin" qızıl üzləmə fabrikinin idarəsində mühasibi kimi işə düzəldi.

Konstantin Moskvanın Roqojski hissəsində əmisi Aleksandr Vladimiroviç Alekseyev və oğlu Nikolay Aleksandroviçin (sonradan bələdiyyə sədri) rəhbərliyi altında çalışırdı. O, 1918-ci il noyabrın 30-da müəssisə milliləşdirilənə qədər orada çalışıb, qazandığı pulun bir hissəsini teatrın inkişafına yatırıb.

1893-cü ildə atasının erkən ölümündən və Duma binasında terror aktı nəticəsində qətlə yetirilən əmisi oğlu Nikolay Alekseyevin faciəli ölümündən sonra müdir köməkçisi olub.

Şirkət 1785-ci ildə çəkilmiş və örtülmüş qızıl, gümüş fabriki adlanan kiçik metal emalı müəssisəsi əsasında yaradılıb. 1862-ci ildə o, Vladimir Alekseyev fabriki adlandırıldı. 1894-cü il yanvarın 31-də isə rəqib "P.Vişnyakov və A.Şamşinin qızıl üzləmə fabriki" ilə birləşib. Yaradılan yeni şirkətin təsisçilərinin ilk iclasında Konstantin Alekseyevin sədrliyi ilə dörd direktordan ibarət idarə heyəti yaradıldı. 120 il ərzində şirkət yalnız qızıl üzləmə məhsulları istehsal edib. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Sənaye Sərgisində Rusiya şirkəti olan “V.Alekseyev, P.Vişnyakov və A.Şamşin" yeni növ qızıl tikmə sapına görə Qran Pri qızıl medalına layiq görülüb.

1905-ci ildən etibarən yeni, daha perspektivli məhsulların istehsalı genişlənməyə başladı. Zavodda izolyasiya edilmiş keçiricilər və kabellər istehsalı başladıldı. Müəssisənin istehsal etdiyi məhsullar arasında o dövrdə Rusiya sənayesində istehsal olunmayan bir çox yeni məhsullar var idi. Bunlara izolyasiya edilmiş mikrotellər, üzlənmiş məftillər, elektrik lampaları üçün rozetkalar və s. daxil idi.[12][13][14]

Stanislavskinin təşəbbüsü ilə fabrikdə oxu zalı, diopozitlərin nümayişi ilə oxu və məşqləri həftədə dörd dəfə keçirilən fəhlə xoru peyda oldu.

1895-ci ildə fabrikdə "1-ci Moskva Liberal Cəmiyyətinin Roqojski filialı" adı altında işçilər üçün teatr yaradıldı. Stanislavskinin yaratdığı zavod teatrının ilk işləri arasında Aleksandr Ostrovskinin "Yoxsulluq pis deyil" və Anton Çexovun "Təklif" pyesi əsasında hazırlanmış tamaşalar var idi. Zal həmişə izdihamlı idi, tamaşaçılar tez-tez giriş qapılarında və koridorlarda dayanırdılar.

1902-ci ildə Stanislavski fəhlələrdən və idarə işçilərindən ibarət nəfəs orkestri yaratdı. Tezliklə o, teatr binasının tikintisi üçün fabrikə bitişik ərazini aldı.[15] Teatr 1904-cü il aprelin 24-də nəğmə orkestrinin sədaları altında açıldı.“Ruskie Vedomosti” qəzeti bu münasibətlə yazırdı: “Qızıl üzləmə fabrikində daimi səhnəsi olan bina tikilib, burada fabrik işçiləri üçün musiqi gecələri, konsertlər və tamaşalar təşkil edilir. Auditoriyadakı oturacaqların sayı 250 nəfər üçün nəzərdə tutulub. Səhnənin eni 14 metr, dərinliyi 21 metrdir. Bütün bina elektrik enerjisi ilə işıqlandırılıb, yaxşı havalandırılıb və yanğına davamlı texnika var. Tamaşaları açmaq üçün Aleksandr Ostrovskinin "Meşə" komediyası səhnələşdirilib.

Rusiyada 1905–1907-ci illər inqilabı zamanı Stanislavskinin yaratdığı zavod teatrında mitinqlər keçirilirdi, nəticədə Moskva general-qubernatoru teatrı bağladı. Lakin iki ildən sonra teatrın binasında, o cümlədən Sergey Ziminin məşhur opera evinin tamaşaları yenidən səhnəyə qoyuldu.

1909-cu ildə şirkətə mis prokat və kabel zavodları binaları üçün əlavə yer lazım oldu. Kollegiya zavod teatrının ləğvi məsələsini qaldırdı. Stanislavski şuranın rəyi ilə razılaşmaq məcburiyyətində qaldı, lakin bir şərtlə ki, şirkətin hesabına Moskva İncəsənət Teatrında işçilər üçün müəyyən sayda yer ayrılsın.

Teatra həvəs

İstinadlar

  1. 1 2 IMDb (ing.). 1990.
  2. 1 2 3 4 5 6 Станиславский Константин Сергеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. "Станиславский Константин Сергеевич (1863 - 1938)". Русский биографический словарь. Театръ. 2012-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-07.
  5. Степанова Раиса. Станиславский: штрихи к портрету 2011 01 15
  6. Gourfinkel, Nina. Constantin Stanislavski Arxivləşdirilib 2023-11-19 at the Wayback Machine L’Arche, 1955, p. 22
  7. Гершкович, Евгения. Московская династия: Алексеевы-Четвериковы Москвич Mag, 2023 02 16
  8. Ignatieva, Maria. Stanislavsky and Female Actors: Women in Stanislavsky’s Life and Art Arxivləşdirilib 2023-11-19 at the Wayback Machine University Press of America, 2008, p. 1. «Soon Yakovlev and Varlet separated; Yakovlev married another woman, and adopted his own two daughters from Varlet (most likely, they were illegitimate). After Yakovlev’s premature death, his young widow treated her stepdaughters in the manner of the ‘wicked stepmother.’»
  9. Ignatieva, Maria. Stanislavsky and Female Actors: Women in Stanislavsky’s Life and Art Arxivləşdirilib 2023-11-19 at the Wayback Machine University Press of America, 2008, pp. 1-2. «As for the French actress Marie Varlet, Stanislavsky’s grandmother, she lived a long life residing in Moscow, not far from her grandchildren. Nonetheless, the Alekseyev children were forbidden to have anything to do with her: she was taboo in the family.»
  10. Ивашко, Ольга. Новатор сцены. Системе Станиславского более 100 лет, но она не устарела Arxivləşdirilib 2023-11-19 at the Wayback Machine Аргументы и факты в Беларуси, 2023 01 12
  11. "Об учёбе братьев Алексеевых в Институте". 2012-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
  12. Васильев, Е. Б. На рубеже тысячелетий: История завода «Электропровод» Изд-во «Торговый дом ВНИИКП», 2020
  13. Менеджер Станиславский. Актер и фабрикант Arxiv surəti 30 oktyabr 2023 tarixindən Wayback Machine saytında, ru:Независимая газета, 1 ноября 2006 года.
  14. Студия театрального искусства : Здание
  15. Ушаков, А. В. Борьба за единство рабочего класса России Arxiv surəti 25 noyabr 2023 tarixindən Wayback Machine saytında «Мысль», 1981, с. 98

Ədəbiyyat

Ədəbiyyat

Xarici keçidlər