Bir qalanın sirri
Bir qalanın sirri | |
---|---|
Fayl:Bir Qalanın Sirri (1959).JPG | |
Janr | kino nağılı[d], fantastika filmi |
Rejissor | |
Ssenari müəllifi | |
Baş rollarda | |
Operatorlar | |
Bəstəkar | |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 15 yanvar 1961 |
Müddət | 81 dəq. |
Ölkələr | |
Dil | Azərbaycan dili |
Rəng | rəngli |
IMDb | ID2081190 |
Azərbaycanfilm kinostudiyasının istehsalı olan Uşaq, Macara və Fantastik janrlarda çəkilmiş film.
Məzmun
Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Nodar Şaşıqoğlu), Kamran baba(Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.
- Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir
Film haqqında
- Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli Dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.
- Filmin işçi adı "Qanlı Qala" olsa da, Moskva uşaq filmlərinin qan sözü ilə adlandırılmasına qarşı çıxıb.
- Hadı ilə Bıdının isti yay günündə ayaqyalın yeriməsi səhnəsi əslində payız aylarında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi : Məmmədhüseyn Təhmasib
- Quruluşçu rejissor : Əlisəttar Atakişiyev
- Quruluşçu operator : Arif Nərimanbəyov, Mirzə Mustafayev
- Quruluşçu rəssam : Nadir Zeynalov
- Geyim rəssamı : Kazım Kazımzadə
- Bəstəkar : Rauf Hacıyev
- Səs operatoru : Əziz Şeyxov
- Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev
- Quraşdırılmış səhnələrin rəssamı : Əlisəttar Atakişiyev
- Mahnının Mətni : Nəbi Xəzri
- Montaj edən : V. Mironova
- Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
- Dirijor : Niyazi
- Filmin direktoru : Əli Məmmədov (III)
- Rejissor : Əlisəttar Məlikov
Rollarda
- Gündüz Abbasov- Elşən
- Tamara Kokova- Mətanət
- Məmmədrza Şeyxzamanov- Eldostu
- Əli Qurbanov- Kamran baba
- Andrey Fayt- Göygöz Kosa
- Əli Zeynalov- Simnar xan
- Ağadadaş Qurbanov- Usta
- Ağahüseyn Cavadov- Falçı
- Məlik Dadaşov- Dərviş
- Telman Əliyev (II)- Hadı
- Fərhad İsmayılov- Bıdı
- Arif Mədətov- Qara qul
- Tələt Rəhmanov-Yaraqlı
- Nazim Ağayev
Filmi səsləndirən
- Müxlis Cənizadə-Elşən (Gündüz Abbasov) (titrlərdə yoxdur)
- Əlizaman Qasımov (titrlərdə yoxdur)
Mənbə
- Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Əlisəttar Atakişiyev. “Uşaq filmlərinin çəkilməsi” //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.