Bir qalanın sirri
Bir qalanın sirri | |
---|---|
Fayl:Bir Qalanın Sirri (1959).JPG | |
Janr | kino nağılı[d], fantastika filmi |
Rejissor | |
Ssenari müəllifi | |
Baş rollarda | |
Operatorlar | |
Bəstəkar | |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 15 yanvar 1961 |
Müddət | 81 dəq. |
Ölkələr | |
Dil | Azərbaycan dili |
Rəng | rəngli |
IMDb | ID2081190 |
Bir qalanın sirri — Azərbaycanfilm kinostudiyasının istehsalı olan Uşaq, Macara və Fantastik janrlarda çəkilmiş film.
Məzmun
Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba(Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.
Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir.[1]
Film haqqında
- Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli Dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.
- Filmin işçi adı "Qanlı Qala" olsa da, Moskva uşaq filmlərinin qan sözü ilə adlandırılmasına qarşı çıxıb.
- Hadı ilə Bıdının isti yay günündə ayaqyalın yeriməsi səhnəsi əslində payız aylarında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi : Məmmədhüseyn Təhmasib
- Quruluşçu rejissor : Əlisəttar Atakişiyev
- Quruluşçu operator : Arif Nərimanbəyov, Mirzə Mustafayev
- Quruluşçu rəssam : Nadir Zeynalov
- Geyim rəssamı : Kazım Kazımzadə
- Bəstəkar : Rauf Hacıyev
- Səs operatoru : Əziz Şeyxov
- Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev
- Quraşdırılmış səhnələrin rəssamı : Əlisəttar Atakişiyev
- Mahnının Mətni : Nəbi Xəzri
- Montaj edən : V. Mironova
- Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
- Dirijor : Niyazi
- Filmin direktoru : Əli Məmmədov (III)
- Rejissor : Əlisəttar Məlikov
Rollarda
- Gündüz Abbasov- Elşən
- Tamara Kokova — Mətanət[2]
- Məmmədrza Şeyxzamanov- Eldostu
- Əli Qurbanov- Kamran baba
- Andrey Fayt- Göygöz Kosa
- Əli Zeynalov- Simnar xan
- Ağadadaş Qurbanov- Usta
- Ağahüseyn Cavadov- Falçı
- Məlik Dadaşov- Dərviş
- Telman Əliyev (II)- Hadı
- Fərhad İsmayılov- Bıdı
- Arif Mədətov- Qara qul
- Tələt Rəhmanov-Yaraqlı
- Nazim Ağayev
Filmi səsləndirən
- Müxlis Cənizadə-Elşən (Gündüz Abbasov) (titrlərdə yoxdur)
- Əlizaman Qasımov (titrlərdə yoxdur)
Mənbə
- Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Əlisəttar Atakişiyev. “Uşaq filmlərinin çəkilməsi” //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31; 287.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 125-130.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
İstinadlar
- ↑ "Mətanət bacı"nın 77 yaşı tamam olub: Tamara Kokova çoxdandır filmlərə çəkilmir: ["Bir qalanın sirri" filmində Mətanət obrazını yaratmış Tamara Kokova haqqında] //Kaspi.- 2011.- 7 aprel.- S. 15.
- ↑ Kokova, T. ”Mətanət bacı”: “O məni öz talismanı adlandırırdı: “Bir qalanın sirri”nin qəhrəmanını Moskvada tapmaq mümkün olub: [Rusiyanın Əməkdar artisti Tamara Kokova ilə müsahibə] //Olaylar.- 2013.- 27 sentyabr.- S.11.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı