Ağasadıq Gəraybəyli (film, 1974)

Vikipediya saytından
Vusal1981 (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:18, 10 noyabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ağasadıq Gəraybəyli
Fayl:Ağasadıq Gəraybəyli (film, 1974).jpg
Rejissor
  • Zəyyar Ağayev[d]
Operator
İstehsalçılar Azərbaycantelefilm, Azərbaycan Televiziyası
İlk baxış tarixi 1974
Müddət 32 dəq.
Ölkə
Dil Azərbaycan dili
Rəng ağ-qara[d]
IMDb ID1746541

Ağasadıq Gəraybəyli[1] qısametrajlı bədii-sənədli televiziya filmi rejissor Zəyyar Ağayev[1] tərəfindən 1974-cü[1] ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Ağasadıq Gəraybəylinin yaradıcılığından söhbət açır. Burada aktyorun özü teatrdakı işlərindən danışır.

Məzmun

Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Ağasadıq Gəraybəylinin yaradıcılığından söhbət açır. Burada aktyorun özü teatrdakı işlərindən danışır. [1]

Aktyor məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb.[2] 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.[3]

Film haqqında

  • Filmdə aktyorun iştirak etdiyi tamaşalardan-"Həyat", "Xöşbəxtlər", "Fərhad və Şirin", "Əliqulu Evlənir", "Müfəttiş", baş rollarda çəkildiyi "Sevil" və "Bəxtiyar" bədii filmlərindən fraqmentlər nümayiş etdirilir.[1]

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenarinin Müəllifi : Əli İsmayılov
Rejissor : Zəyyar Ağayev
Operator : Nəriman Şıxəliyev
Səs rejissoru : Bəxtiyar Dehniya
???? : O. Vəlixanova
Rejissor assistenti : Svetlana Məmmədova (II)
Səs operatoru : R. Rüstəmov
???? : R. İsmayılov
Direktor : A. Mirzəbəyov

Filmdə iştirak edənlər

Ağasadıq Gəraybəyli-Özü, Məşədi Hüseyn ("Həyat"), Bələdiyyə rəisi ("Müfəttiş"), Xosrov ("Fərhad və Şirin"), Əliqulu ("Əliqulu Evlənir"), Nəsirov ("Xoşbəxtlər")
İsmayıl Dağıstanlı
Məmməd Sadıqov-Səfər ("Əliqulu Evlənir"), Usta Segah ("Xoşbəxtlər")
Kamil Qubuşov
Hacı İsmayılov-Sadıq ("Xoşbəxtlər")
İlham Əhmədov-Xristakov ("Müfəttiş"), Mürşüd ("Xoşbəxtlər")
Fuad Poladov-Şiruyyə ("Fərhad və Şirin")
Əliabbas Qədirov-Abbas ("Həyat")
Abbas Rzayev-Vəzir ("Fərhad və Şirin")

Arxiv kadrlarda iştirak edənlər

Cəfər Cabbarlı (şəkil)(titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli (titrlərdə yoxdur)
Sabit Rəhman (şəkil)(titrlərdə yoxdur)
Mustafa Mərdanov (şəkil)(titrlərdə yoxdur)
Bella Beletskaya (şəkil-"Sevil" filmindən)(titrlərdə yoxdur)
A. İ. Bəzirganov (şəkil-"Sevil" filmindən)(titrlərdə yoxdur)
İzzət Oruczadə ("Sevil" filmindən)(titrlərdə yoxdur)
Əzizə Məmmədova ("Sevil" filmindən)(titrlərdə yoxdur)
Ağahüseyn Cavadov ("Bəxtiyar" filmindən)(titrlərdə yoxdur)
Rəşid Behbudov ("Bəxtiyar" filmindən)(titrlərdə yoxdur)
Lütfi Məmmədbəyli ("Bəxtiyar" filmindən)(titrlərdə yoxdur)
Münəvvər Kələntərli ("Bəxtiyar" filmindən)(titrlərdə yoxdur)
Mərziyyə Davudova ("Bəxtiyar" filmindən)(titrlərdə yoxdur)
İsmayıl Dağıstanlı (şəkil)(titrlərdə yoxdur)
Ələsgər Ələkbərov (şəkil)(titrlərdə yoxdur)

İstinadlar

  1. 1 2 3 4 5 Aydın Kazımzadə. Azərbaycan kinosu - 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.161
  2. Ağasadıq Gəraybəyli
  3. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1974-cü ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

Fraqmentləri izlə