Muxtar Babayev

Vikipediya saytından
Anar Dadashzade (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:51, 26 aprel 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Muxtar Babayev
Şəxsi məlumatlar
Doğum tarixi
1967(1967-İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.-{{{3}}})
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR, Bakı
Partiya
Təhsili
Fəaliyyəti nazir, siyasətçi

Təltifləri "Tərəqqi" medalı"Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muxtar Babayev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən seçilmiş IV çağırış millət vəkili.

Həyatı

Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutununÜmumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Ailəsi

Ailəlidir, 2 övladı var.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

İctimai-siyasi fəaliyyəti

Yeni Azərbaycan Partiyasının üzvüdür.

7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir[1]. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilmişdir[2].

Mükafatları

İstinadlar