Muxtar Babayev
Muxtar Babayev | |
---|---|
Fayl:Muxtar Babayev.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1967 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Bakı |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | nazir, siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri.
Həyatı
Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.
1986-1988-ci illərdə hərbi xidmətdə olub.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Əmək fəaliyyəti
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.
1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2010-cu ildən 2018-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2018-ci ildən etibarən Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsində çalışır.
İctimai-siyasi fəaliyyəti
Yeni Azərbaycan Partiyasının üzvüdür.
7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir[1]. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilmişdir[2].
Mükafatları
- 19.09.2012 — "Tərəqqi" medalı[3].
- 07.11.2017 — "Şöhrət" ordeni[4].
İstinadlar
- ↑ Muxtar Bahadur oğlu Babayev
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi üzvlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2010-cu il tarixli, 12-IVQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2012-ci il tarixli, 672 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncamı
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Moskva Dövlət Universitetinin məzunları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- 16 oktyabrda doğulanlar
- 1967-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları
- Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatları