Dəryavar Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhali oykonimi Dərəyəvo kimi tələffüz edir, XIX əsrə aid ədəbiyyatda isə kəndin adı Dəriki formasında qeydə alınmışdır. Tədqiqatçılara görə, kəndin adı Talış zonasında Xlll əsrdən məlum olan qədim Drik mahalının adından, -yə birləşdirici hissəsindən və var (yer, məskən) sözlərindən ibarət olub, "Drik mahalından gələnlərin məskəni" mənasındadır. Kəndin ilk sakinləri də elə Drik mahalından köçüb gəlmiş ailələr olmuşlar.[1]