Abbasabad (Yardımlı)

AbbasabadAzərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.

Abbasabad
38°52′08″ şm. e. 48°17′16″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 771 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 596 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 6500
Xəritəni göstər/gizlə
Abbasabad xəritədə
Abbasabad
Abbasabad

Abbasabad kəndi Yardımlı rayonunun Hamarkənd inzibati ərazi dairəsində yerləşir. Viləşçayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Mollalı tayfasının nümayəndəsi Abbas tərəfindən salınmışdır. Bəzi mənbələrdə Abasabad (1917, 1933, 1961) variantında qeydə alınmışdır.[1]. Oykonim Abbas (şəxs adı) və abad topokomponentlərindən düzəlib. 1809–1810-cu illərdə Araz çayı sahilində, Naxçıvan şəhərinin 6 km cənub-şərqində fransız hərbi mühəndislərinin layihəsi əsasında Abbasabad qalası tikilmişdi. Qala İran dövlət xadimi, Fətəli şah Qacarın oğlu və vəliəhdi Abbas Mirzənin adı ilə bağlı idi. Rusiya-İran müharibəsində (1826–1828) qalada vuruşmalar olmuşdu. Araz su qovşağı tikiləndən sonra Abbasabad qalasının xarabalığı su altında qalmışdır. Mənbələrdə 1828–30-cu illərdə baş vermiş hadisələrlə əlaqədar İrəvan xanlığının Vedibasar, şərur və Sürməli mahallarında Abbasabad adlı kəndlərin azərbaycanlı əhalisi haqqında məlumat verilir.[2]

Kənd yerli əhali arasında Quzeykənd adıyla da tanınır. Qeyd edək ki, Pornayım tayfa arealı çox genişdir. Həmin tayfanın müasir sakinləri təkcə Yardımlıda deyil, Cəlilabad və Lerik ərazisində də yaşayır. Lerik və Cəlilabad ərazisindəki Uran/Oran sakinləri pornayım tayfasına mənsub olduqlarını qeyd edirlər. Fikrimizcə, türksoylu Oran və Pornak tayfalarının tarixi əlaqələri daha dərindən öyrənilməlidir. Bu, cənub bölgəsindəki bəzi mübahisəli məsələlərin həlli üçün faydalı ola bilər.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Abasabad kəndi Talış silsilə dağlarının qərb qurtaracağinda, dağ yamaclarının ətəyində yerləşir. Kənd ərazisi Şimal tərəfdən Qara çay Cənubdan Bonayır adlanan çay Şərqdən Bilnə (cənub şərqdə-Lerikin gendov torpaqları ilə. Qərbdən isə Hamarkəndilə həmsərhəddir.

Kəndin iqlimi sərt kontinental iqlimə uyğundur.[mənbə göstərin]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əkinçilik və maldarlıqla məşğul olurlar.

  1. ATEL, I cild. səh.7–8
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. II cilddə. Bakı-2007. I cild, səh. 7.