Daşkənd (Yardımlı)

DaşkəndAzərbaycan Respublikasının Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.[1]

Daşkənd
38°55′28″ şm. e. 48°14′41″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.086 nəf.
Xəritəni göstər/gizlə
Daşkənd xəritədə
Daşkənd
Daşkənd

Oykonim daş (burada "qaya") və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib "qayada yerləşən kənd" mənasındadır. Özbəkistanda Daşkənd adlı vilayət və yaşayış məntəqəsi var.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir.

Kənddə Daşkənd məhəllə məscidi dini icması fəaliyyət göstərir.[3]

  1. "Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
  2. Daşkənd (Yardımlı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)