Ağasəlim Atakişiyev

Vikipediya, azad ensiklopediya
Toghrul R (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:48, 30 oktyabr 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ağasəlim Atakişiyev
Fayl:Ağasəlim Atakişiyev.jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Birləşmiş Dövlət Siyasi İdarəsi, NKVD, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi[d]
Döyüşlər
Rütbəsi general-mayor (1945)

Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Şərəf nişanı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Ağasəlim İbrahim oğlu Atakişiyev (1903[1], Bakı1970, Bakı) — Azərbayca-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (1950–1953).

Həyatı

Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyas — Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləmişdir. A. Atakişiyev bu illər ərzində məsul tapşırıqları yerinə yetirmiş, sosializm dövlətinin düşmənlərinə qarşı mübarizə etmişdir. A. Atakişiyev 1931-ci ildə ÜİK(b)P sıralarına daxil olmuşdur.[2]

A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə Azərbaycan SSR xalq daxili işlər komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində böyük təşkilatçılıq işi görmüşdür.

1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Xalq Komissarının birinci müavini olmuşdur. Sonra o, N.Ordusunun hərbi şura üzvü təyin edilmişdir. 1945-ci ildə ona general-mayor rütbəsi verilmişdir.[2]

Ağasəlim Atakişiyev SSRİ ikinci çağırış Ali Sovetinə deputat seçilmişdir. Sosialist dövləti qarşısında xidmətlərinə görə A. Atakişiyev Lenin ordeni, Qırmızı Bayraq Ordeni, iki dəfə I dərəcəli Vətən müharibəsi ordeni, "Şərəf Nişanı" ordeni, "Əmək igidliyinə görə", "Qafqazın müdafiəsi üçün" və "Almaniya üzərində qələbə üçün" medalları ilə təltif etmişdir.

İstinadlar

  1. Петров Н. В. Кто руководил органами госбезопасности: 1941—1954 (rus.). Мемориал, 2010. ISBN 966-95519-0-0
  2. 1 2 Коммунист. № 43 (8255). 1 март 1950-ҹи ил.