Məqalə

Vikipediya, azad ensiklopediya
Ismayil Mammadzade (müzakirə | töhfələr) (Məmmədzadə İsmayıl Qüdrət oğlu (24 iyul 1996, Şəki) - azərbaycanlı rəqqas-xoreoqraf, model, aktyor. Həyat və yaradıcılığı Məmmədzadə İsmayıl Qüdrət oğlu 1996-cı il iyulun 24-də Şəki şəhərində anadan olub. 4 yaşında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. 2002-2013-cü illərdə Vahid Əzizov adına 30 saylı tam orta məktəbdə, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Baletmeyster ixtisası üzrə, 2019-2021-ci illərdə isə Bakı Xoreoqrafi...) tərəfindən edilmiş 14:04, 8 mart 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:İsmayıl Məmməd-Zadə Şablon:HHəyatı Şablon:Yaradıcılıq

Esse

Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur.

Elmi məqalə

Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur.[1]

Jurnalistikada

Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir.

Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir. Bunun üçün isə yalnız fakt azlıq edir. Mövzunu hər tərəfli təhlil, hadisələri kompleks şəkildə analiz etmək vacibdir. Şəxsi təcrübə və problemin düzgün təhlili jurnalistə həmin problemin həllini tapmağa kömək edir.

İstinadlar

  1. Rəhim Əliyev. Ədəbiyyat nəzəriyyəsi. – Bakı: Mütərcim, 2008. – 360 səh.

Həmçinin bax

Qaralama məqalələr  Bu məqalə qaralama halındadır. Məqaləni təkmilləşdirərək və ya özəlləşdirilmiş qaralama şablonlarından birini qoyaraq Vikipediyaya töhfə verə bilərsiniz.