Şərif Vəlizadə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vəlizadə Şərif Əfəndi
Doğum tarixi
Doğum yeri Azərbaycan, Göyçay qəzası, Martı kəndi
Vəfat tarixi
Atası Hacı-Veysal
Milliyyəti Azərbaycanlı
Dini İslam
Fəaliyyəti Qafqaz müsəlmanlarının VIII Müftisi
Fəaliyyət illəri 1960-1966

Vəlizadə Şərif Əfəndi Hacı-Veysal oğluQafqaz müsəlmanlarının VIII Müftisi. 1881-ci ildə Göyçay qəzasının Martı kəndində anadan olub.Qafqaz (Zaqafqaziya) müsəlmanlarının V qurultayında (1960-ci il) Göyçay məscidinin imamı Şərif Əfəndi Vəlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti seçilir. Yaxşı dini məlumata və nitq qabiliyyətinə malik olan Şərif Əfəndi daim müasirləşmənin tərəfdarı olub. O, deyib: "Köhnəlmiş dini tələbləri təzələməsək dinimiz əldən gedər, dindarlar bizdən üz döndərər". Ateizm təbliğatına müqavimət göstərməyin tərəfdarı olub. O, ateizmi "məscidin günbəzinə dəyib kənara düşən" qoza bənzədib.Şərif Əfəndi 1966-ci ildə vəfat edib. Onun vəfatından sonra Ruhani İdarəsində müfti vəzifəsi iki il boş qalıb.O bir müddət əlyazmalar institutunda kiçik elmi işci işləyib, N.Gəncəvinin xəmsələrinin tərcüməsi ilə məşğul olub.

İstinadlar