Afina məktəbi (Rafael)
Afina məktəbi | ||
---|---|---|
it. Scuola di Atene | ||
| ||
Rəssam | Rafael Santi | |
Tarixi | 1509-1510 | |
Üslubu | Freska | |
Ölçüləri | 550 sm × 770 sm | |
Saxlanıldığı yer | Vatikan, Apostol sarayı | |
Saytı |
wga.hu/html/r/raphael/4s… wga.hu/html/r/raphael/4s… |
|
İnventar nömrəsi | 6306a. | |
Vikianbarda əlaqəli mediafayllar |
Afina Məktəbi (it. Scuola di Atene) — Rafael Santinin Apostol sarayında yaratdığı əsər. "Afina məktəbi" əsəri Rafaelin, eləcə də bütün Renessans incəsənətinin ən tanınmış əsərlərindən biridir.
Tarixi
Freska sarayın Stanze di Raffaello (Rafael otaqları) adlanan və pontifikin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş dörd otaqdan birində yerləşir. Papa II Yuli (hakimiyyət illəri 1503 - 1513) həmin otaqları rezidensiya kimi seçmiş və onların tərtibatını Rafael Santiyə sifariş etmişdir [1].
"Afina Məktəbi" pontifikin iş kabineti hesab olunan Stanza della Segnatura otağının divarını bəzəyir [2].
"Afina Məktəbi" freskasında müxtəlif elm sahələrində tədqiqatlar aparmış alimlər və mütəfəkkirlər təsvir edilmişdir. Rafael əsərdəki obrazların hansı alimlərə məxsus olduğu haqqında qeydlər qoymamışdır [2]. Arxitektor və bioqraf Giorgio Vasari (oxunur Corco Vaza'ri; 1511 – 1574) "Afina Məktəbi"-ndəki personajların kimliyi haqqında hipotezlər irəli sürmüşdür. Hər obrazın məhz hansı tarixi şəxsə aid olduğu həmin obraza aid atributlarla da təxmin edilə bilər.
Personajların siyahısı[3]
- Kitiyalı Zenon və ya Eliyalı Zenon
- Epikür
- II Federiko Qonzaqa
- Boesius və ya Anaksimandr və ya Empedokl
- Averroes (İbn Ruşd kimi tanınır)
- Pifaqor
- Alkiviad və ya Makedoniyalı İsgəndər
- Antisfen və ya Ksenofon
- Hipatia (Rafaelin sevgilisinin, Marqaritanın üz cizgiləri)
- Esxin və ya Ksenofon
- Parmenid
- Sokrat
- Efesli Heraklit (portret Mikelanceloya bənzəyir)
- Platon
- Aristotel, Nikomax etikası kitabını əlində tutub
- Diogen
- Plotin
- Evklid
- Çox güman ki, Hipparx[4], digər versiyalarda Strabon və ya Zərdüşt
- Ptolemey
- Protoqen
- R — Apelles (Rafaelin üz cizgiləri)
Fraqmentlər
-
Kitiyalı Zenon və ya Eliyalı Zenon
-
Epikur
-
Makedoniyalı İsgəndər və Antisfen və ya Ksenofont
-
Parmenid
-
Eshin və Sokrat
-
Heraklit Effesin obrazında Mikelancelo
-
Leonardo da Vinçi Platon obrazında
-
Diogen
İstinadlar
- ↑ "MUSEI VATICANI". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-02.
- ↑ 1 2 The School of Athens, «Who is Who?» Arxivləşdirilib 2019-08-20 at the Wayback Machine, Michael Lahanas, hellenicaworld.com
- ↑ The School of Athens, «Who is Who?» Arxivləşdirilib 2019-08-20 at the Wayback Machine, Michael Lahanas, hellenicaworld.com (Yoxlanılıb 14 oktyabr 2010)
- ↑ Phil Norfleet (c) [1] Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine
Xarici keçidlər
- Vikianbarda Afina məktəbi ilə əlaqəli mediafayllar var.
- http://www.rafaelsanti.ru/txt/6afschk.shtml