Anaksimandr

Anaksimandr (yun. Ἀναξίμανδρος, təxminən e. ə. e.ə. 610e.ə. 547) — Milet məktəbinin ikinci tanınmış filosofu. O, dünyanın yaranması və quruluşu haqqında fikirlərini “Təbiət haqqında” (yun. Περί φύσεως) adlı kitabında açıqlamışdır. Bu kitab yunanların ilk elmi kitabı hesab edilir. Ancaq günümüzə onun yalnız bəzi fraqmentləri gəlib çatmışdır.

Anaksimandr
Ἀναξίμανδρος
Doğum tarixi təq. e.ə. 610[1][2]
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 546[3][4]
Vəfat yeri
İstiqaməti Sokrataqədərki fəlsəfə, Milet məktəbi
Əsas maraqları fəlsəfə
Təsirlənib Miletli Fales[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Antik dövrün tarixçisi Apollodora göre 42-ci olimpiadanın 3-cü ilində- e.ə. 610-cu ildə Miletdə doğulmuç, 58-ci olimpiadanın 2-ci ilində- e.ə. 546-cı ildə 64 yaşında vəfat etmişdir.

Anaksimandr Milet məktəbinin qurucusu Falesin şagirdi idi.

Anaksimander də öz dönəminin ən bilikli adamlarımdan biri olmuşdur. O ilk dəfə “qanun” anlayışını cəmiyyətə deyil, həm də elmə və təbiətə aid etmişdir[5]. O, Yunanıstanda ilk dəfə olaraq günəş saatını kəşf etmiş, həm də günümüzə çatmayan dünya xəritəsini çəkmişdir.

Anaksimanderə görə yer kainatın mərkəzində yerləşir, silindr formasındadır və bir sütuna bənzəyir. Onu hər tərəfdən od bürüyür. Hər şey apeyron (yun. απειρον) adlanan ilk maddədən yaranmışdır[6]. O da özündə bütün varlığın əsaslarını birləşdirir. Bu baxımdan, kainat canlıya bənzər varlıqdır. O yaranır, yaşayır, sonra yenidən yaranmaq üçün məhv olur. Sonda isə hər şey yenidən “apeyrona” qayıdır.

Onun fikrincə həyat dənizdən başlamışdır[6]. Sonra təkamül nəticəsində bütün canlılar yaranmışdır. İlk olaraq sudan iynə dərili heyvanlar əmələ gəlmiş, sonra onlar lildən çıxaraq iynələrini itirmişdir. İnsan isə çox zəif olduğundan başqa cür yaranmışdır. O, öncə balıqların içində olmuş, sonra oradan çıxaraq müstəqil həyat sürməyə başlamışdır.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 33-34. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16. ("Fəlsəfəsi" bölümü)
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 33-34. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Асмус В. Ф. Античная философия. — М.: Высшая школа, 1998.
  • Каринский М. И. Бесконечное Анаксимандра. — СПб., 1890.
  • Couprie D.L., Hahn R., Naddaf G. Anaximander in Context: New Studies in the Origins of Greek Philosophy. — Albany: State University of New York Press, 2003.

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]