Parmenid

Parmenides (yun. Παρμενίδης, təxminən E.ə. 540E.ə. 470) — qədim yunan filosofu, Ksenofanın tələbəsi, Elea fəlsəfi məktəbinin nümayəndəsi[3].

Parmenides
Παρμενίδης
Doğum tarixi ən tezi e.ə. 515ən geci e.ə. 510
Vəfat tarixi təq. e.ə. 470[1]
İstiqaməti Sokrataqədərki fəlsəfə, Eleya məktəbi
Əsas maraqları fəlsəfə, Qədim yunan fəlsəfəsi[2]
Təsirlənib Efesli Heraklit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Parmenides Heraklitin müasiri olmuşdur. Onun fəlsəfi çiçəklənmə dövrü e.ə V əsrə təsadüf etmişdir. O, cənubi İtaliyanın Elea şəhərində yaşamışdır. Güman olunur ki, Parmenid öz doğma şəhərində ictimai və siyasi həyatda, xüsusən, qanunların hazırlanmasında aktiv iştirak etmiş, çox hörmətli vətəndaş olmuşdur[4].

Parmenides “Təbiət haqqında” adlı kitabın yazarı sayılır. Ancaq bu kitabın özü deyil, onun bəzi fraqmentləri dövrümüzə gəlib çatmışdır[5]. Metafizikanın əsəslarını o qoymuşdur[6].

Parmenidesin fəlsəfəsi Heraklitin dünyagörüşünə qarşı yönəlmişdir. Onun fikrincə dünya və bütün varlıq heç bir boşluqları olmayan tam hərəkətsiz kürədən ibarətdir[5]. Beləliklə, Parmenides ilk dəfə yerin kürə olması fikrini irəli sürən filosoflardan biri olmuşdur.

Bu kimi iddialar ondan irəli gəlmişdir ki, Parmenidesin fəlsəfəsində varlıqyoxluq problemi kəskin olaraq qoyulmuşdur[7]. Onun fikrincə var olan şey yoxluqdan yarana bilməz. Deməli, var olan şeylər hər zaman mövcuddur. Əks təqdirdə belə çıxır ki, onlar nə vaxtsa olmamışlar. Bu isə imkansızdır. Çünki yoxdan nəsə var ola bilməz. Həmçinin, heç bir şey məhv də ola bilməz. Ona görə ki, bu halda o yenə də yox olmalıdır. Deməli, var olan şeylər hər zaman olacaqdır.

Hər bir şey əbədi və sonsuzdur. O formasını dəyişə, bir haldan başqasına keçə bilər, ancaq məzmunca hər zaman var olmaqdadır. Beləliklə, Parmenidesə görə gerçək olan yalnız varlıqdır, yoxluq isə yoxdur və onun haqqında düşünülməz[5]. Yoxluq olmadığına görə yaradılış və məhv olma prosesləri də ola bilməz. Belə deyilsə, onda yoxluq anlayışı ortaya çıxır. Bu isə mümkün deyildir. Yoxluğun mümkün olmamağına görə varlıq hərəkətsizdir və birdir. Hərəkət olsa onda deməli o məhvə doğru getməlidir, bu isə var olan bir şeyi yoxluğa gətirib çıxarar. Ona görə də, hərəkət ola bilməz.

Varlıq vahiddir, hərəkətsizdir və sükunətdədir. Çünki, o hissələrdən ibarət olarsa, onlar bir-birindən ayrıla bilər. Bu isə varlığın məhv olmasına gətirərdi. Həm də varlıqda boşluqlar da yoxdur, çünki olsaydı şeylər hərəkət edərdilər.

Bununla belə, insan hər şeyin dəyişkənliyini və hərəkətdə olmasını görür. Beləliklə, burada duyğularla düşüncələrin qarşıdurması baş verir[5]. Belə olan halda isə düşüncələrə üstünlük verilməlidir, çünki “düşünmək və var olmaq eyni şeydir”[5]. Beləliklə, Parmenides insanları öz duyğularına inanmamağa çağırmışdır və buna görə də tənqidlərə məruz qalmışdır. Onun fəlsəfəsində həqiqət idealizmlə əvəz olunur ki, bunu da sonra Platon inkişaf etdirmişdir.

Parmenidesin öyrəncisi Eleyalı Zenon müəlliminin iddialarını müdafiə etmək üçün bir neçə paradoksların (aporiyaların) müəllifi olmuşdur.

Parmenidesin təsəvvürlərində dünyanın mərkəzində sevgi tanrıcası Afrodita durur və varlığı idarə edir. O, ruhları görünən və görünməyən dünyalarda yerləşdirmişdir. Hər şey kişi və qadın başlanğıcların (substansiyaların) qovuşmasından yaranır[5].

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 37-39. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 37-39. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Austin, Scott (2007), Parmenides and the History of Dialectic: Three Essays, Parmenides Publishing.
  • Barnes, Jonathan (1978). The Presocratic Philosophers (Two Volumes). Routledge and Kegan Paul.
  • Coxon A. H. (2009), The Fragments of Parmenides: A Critical Text With Introduction and Translation, the Ancient Testimonia and a Commentary. Las Vegas, Parmenides Publishing (new edition of Coxon 1986)
  • Деспотопулос К. Гносеологический дуализм Парменида // Философские исследования. — 1994. — № 1. — С. 181—187.
  • Монин М. А. Пути Парменида //Вопросы философии. — 1997. — № 3. — С. 115—131.
  • Робинсон Т. Парменид на пути истинного знания бытия (on coming-to-know of the real) //Универсум платоновской мысли. Рационализм или философская религия? Эпистемология Платона. — СПб., 1997. — С. 49—62.
  • Самченко В. И. Метафизика Парменида и логика существования // Современная логика: проблемы теории, истории и применения в науке. — СПб., 2002. — С. 382—384.
  • Рохмистров В. Г. Метод Парменида // Вестник Русского христианского гуманитарного института. — СПб., 2001. — Вып. 4. — С. 352—366.
  • Антонов Т. В. Парменид:путь философа к истине. // AKADHMEIA: Материалы и исследования по истории платонизма. — СПб., 2003. — Вып. 4.

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]
  1. Die Fragmente der Vorsokratiker (q.yun.). / red. (not translated to grc), (not translated to grc) 1903.
  2. Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. Парменид Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine // Энциклопедия античных писателей
  4. Парменид Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine // Энциклопедия мифологии
  5. 1 2 3 4 5 6 Парменид. Фрагменты. О природе. Arxivləşdirilib 2020-11-04 at the Wayback Machine // Фрагменты ранних греческих философов / Составитель Лебедев А.В.: Наука, 1989, s. 286-298.
  6. О’Мара Д. Трансформация метафизики в поздней античности Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine // Scholae. Философское антиковедение и классическая традиция. Т. 3. № 2. 2009. С. 416—432
  7. Симпликий. Комм. к "Физике", 117, 2 / Парменид. Фрагменты. О природе. Arxivləşdirilib 2020-11-04 at the Wayback Machine // Фрагменты ранних греческих философов / Составитель Лебедев А.В.: Наука, 1989