Albaniyanın milli geyimləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Albaniya milli geyimləri (alb. Veshjet Tradicionale Shqiptare; Veshjet Kombëtare; Veshjet Popullore və ya Kostumet Kombëtare) bütöv Albaniyaalban dilində danışılan ərazilərdən və icmalardan (İtaliyada arbereşilər, Yunanıstanda arvanitlər və Xorvatiyada arbanaslar daxil olmaqla) 200-dən çox müxtəlif geyim növünü əhatə edir. Albaniya geyimlərinin yazılı tarixi antik dövrə aid olunur.[1] Geyim İlliriya dövründən başlayaraq bu milləti digər Avropa ölkələrindən fərqləndirən amillərdən biridir.

Albaniyanın demək olar ki, hər mədəni və coğrafi bölgəsində detalları, materialı, rəngi, forması və vəziyyəti ilə fərqlənən özünəməxsus kostyum çeşidi var. Alban xalq geyimi tez-tez günəşlər, qartallar, aylar, ulduzlar və ilanlar kimi İlliriya antik bütpərəst mənşəli simvolik elementlərlə bəzədilir.[2] Paltarlar ənənəvi olaraq toxucu dəzgahlarında formaya salınan parçalardan istehsal olunur. Ölkənin şimal hissəsində indiki zamanda belə bəzi mühafizəkar yaşlı kişilər və qadınlar gündəlik həyatlarında ənənəvi geyimlərdən istifadə edirlər. Bunun əvəzinə, cənubdan yaşayan yaşlı qadınlar tamamilə qara rəngli paltarla üstünlük verilər.

Hissələri

Qeleşe və ya plis
Kosovodan geyinilən Albaniya kostyumu

Albaniya geyimi aşağıdakılardan ibarətdir:

Baş geyimləri

Kişi üçün

Aşağıdakı baş geyimləri kişilər üçün nəzərdə tutulmuşdur:

  • Qeleşe, keçe və ya plisi Albaniyada və Kosovoda və Yunanistanın və Şimali Makedoniyanın alban dilində danışan bölgələrində kişilərin geyindiyi bir papaq növüdür. Mərkəzi Albaniyada (Tirana, Durres, Kavaya) konus şəklində, şimal rayonları və Kosovoda isə dairəvi şəkildə olur.
  • Albaniya papağı (fr. Chapeau albanois)[3] adətən 15-18-ci əsrlərdə taxılırdı[4]Onufrinin əsərlərində əbədiləşdirilmişdir.
  • Cilafe ― Albaniyanın cənubunda populyar olan yun papağı.[5]

Qadın üçün

Aşağıdakı baş geyimləri qadınlar üçün nəzərdə tutulmuşdur:

  • Kapitsa ― qadınlar üçün baş geyimi.
  • Langi, həmçinin peşgira, riza, marhame və paşnik adları ilə da tanınır.
  • Ləvere ― sağ tərəfə meyl edən baş geyimi.
  • Kruce ― kvadrat formalı baş geyimi.[6]

Şalvar və üst bədən örtükləri

  • Fustanella ― kişilərin geyindiyi ənənəvi ətək bənzəri geyim.
  • Tirc ― kişilərin geyindiyi uzun şalvarlar.
  • Brekuşa ― istər kişilərin, istər qadınların geyindiyi paltar.
  • Cubleta ― ancaq qadınların geyindiyi paltar.

Camadan

Camadan ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi jilet.

Brez

Brez ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi toqqallar.

Çorape

Çorape ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi corablar.

Opinqa

Opinqa ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi ayaqqabılar.

Sərgi

Kukes sənətkar qadınlarının mahir sənət əsərləri

İstinadlar

  1. Albania // Encyclopedia of National Dress: Traditional Clothing Around the World, ABC-CLIO, 2013, səh. 16, ISBN 9780313376368
  2. Leyla Belkaid, Albania // Jill Condra (redaktor), Encyclopedia of National Dress: Traditional Clothing Around the World, I, ABC-CLIO, 2013, səh. 16, ISBN 9780313376368
  3. de La Curne de Sainte-Palaye, Jean-Baptiste. Dictionnaire historique de l'ancien langage françois (French). Champion (T. 01-09). 1875. 316–.
  4. Anamali, Skënder. Historia e popullit shqiptar në katër vëllime (Albanian). I. Botimet Toena. 2002. səh. 300. OCLC 52411919.
  5. Gjergji 2004: S. 191
  6. Gjergji 2004: S. 194

Ədəbiyyat

Xarici keçidlər