Albaniya milli geyimləri (alb. Veshjet Tradicionale Shqiptare; Veshjet Kombëtare; Veshjet Popullore və ya Kostumet Kombëtare) bütöv Albaniya və alban dilində danışılan ərazilərdən və icmalardan (İtaliyada arbereşilər, Yunanıstanda arvanitlər və Xorvatiyada arbanaslar daxil olmaqla) 200-dən çox müxtəlif geyim növünü əhatə edir. Albaniya geyimlərinin yazılı tarixi antik dövrə aid olunur.[1] Geyim İlliriya dövründən başlayaraq bu milləti digər Avropa ölkələrindən fərqləndirən amillərdən biridir.
Albaniyanın demək olar ki, hər mədəni və coğrafi bölgəsində detalları, materialı, rəngi, forması və vəziyyəti ilə fərqlənən özünəməxsus kostyum çeşidi var. Alban xalq geyimi tez-tez günəşlər, qartallar, aylar, ulduzlar və ilanlar kimi İlliriya antik bütpərəst mənşəli simvolik elementlərlə bəzədilir.[2] Paltarlar ənənəvi olaraq toxucu dəzgahlarında formaya salınan parçalardan istehsal olunur. Ölkənin şimal hissəsində indiki zamanda belə bəzi mühafizəkar yaşlı kişilər və qadınlar gündəlik həyatlarında ənənəvi geyimlərdən istifadə edirlər. Bunun əvəzinə, cənubdan yaşayan yaşlı qadınlar tamamilə qara rəngli paltarla üstünlük verilər.
Albaniya geyimi aşağıdakılardan ibarətdir:
Aşağıdakı baş geyimləri kişilər üçün nəzərdə tutulmuşdur:
Aşağıdakı baş geyimləri qadınlar üçün nəzərdə tutulmuşdur:
Camadan ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi jilet.
Brez ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi toqqallar.
Çorape ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi corablar.
Opinqa ― bütöv Albaniyada və Kosovo, Şimali Makedoniya, Serbiya, Monteneqro və İtaliyanın arbereşi kəndlərində kişilərin geyindiyi ənənəvi ayaqqabılar.