Allahqulubağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kənd
Allahqulubağı
40°11′13″ şm. e. 47°40′02″ ş. u.
Ölkə  Azərbaycan
Region Aran iqtisadi rayonu
Rayon Zərdab rayonu
Tarixi və coğrafiyası
Sahəsi 5,42[1][2]
İqlimi subtropik
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 764[1] nəfər
Sıxlığı 140,9 nəf./km²
Milli tərkibi azərbaycanlılar
Dini tərkibi sünni müsəlmanlar
Rəsmi dili azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 6315[3]
Allahqulubağı xəritədə
Allahqulubağı
Allahqulubağı

AllahqulubağıAzərbaycan Respublikasının Zərdab rayonunun Əlibəyli inzibati ərazi vahidində kənd.[1][4]

Tarixi

Kəndinin adının mənası "Allahquluya məxsus bağ" deməkdir.[1][5] 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürlərkən bu ərazi Allahqulu adında bir şəxsə verilmişdir.[5] 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Allahqulubağı da onlardan biri idi. 1917-ci ildə Birinci və İkinci Allahqulubulağı adı ilə iki kənd qeydə alınmışdı.[5] Kənd SSRİ dövründən 1996-cı ildə başlanan torpaq islahatı prosesinədək Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Yediyarlı kəndləri ilə bir yerdə olmaqla Karl Marks adına kolxoz kimi fəaliyyət göstərmişdir.[6][7] 1978-ci ildəki Kürdəki böyük daşqın zamanı Zərdaba səfər edən Heydər Əliyev bu kolxozda da görüş keçirmişdir.[8]

Coğrafiyası

Zərdab şəhərindən 3,5 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir.[1] Kənddən Gəlmə-Allahqulubağı avtomobil yolu keçir.[9]

İqtisadiyyatı

İqtisadiyyatını heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, arıçılıq və bostançılıq təşkil edir.[1][10] 2015-ci ildən etibarən kəndə təbii qaz verilmişdir.[11]

Təhsil

Kənddə məktəb, kitabxana, klub və məscid fəaliyyət göstərir.[1][12][13]

Tanınmış şəxslər

İstinadlar

  1. 1 2 3 4 5 6 7 "Allahqulubağı kəndi". zerdab.com. 20 noyabr 2015. 2014-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2014.
  2. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 826-IIIQ". 29 may 2009. 14 April 2016 tarixində orijinalından (DOC) arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  3. "Zərdabın yaşayış məntəqələrində poçt məntəqələri, poçt indeksləri". zerdab.com. 9 mart 2012. 2014-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  4. "Bələdiyyələr". Zərdab Rayon İcra Hakimiyyəti. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  5. 1 2 3 Əliyeva, Rübabə (red). "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: Şərq-Qərb nəşriyyatı. 2007. səh. səh. 46. ISBN 978-9952-34-155-3. (#accessdate_missing_url)
  6. "Professor Eldəniz Həsənov Zərdabın tarixinə dair maraqlı faktlar üzə çıxardı". zerdab.com. 11 fevral 2014. 2017-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  7. "Zərdabda 47 il öncə baş vermiş faciənin təfərrüatları – TARİXÇƏ". zerdab.com. 28 fevral 2014. 2017-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  8. "Heydər Əliyevin 1978-ci ildə Zərdab rayonuna səfəri və o dövrdə mətbuatda yazılanlar…". zerdab.com. 25 fevral 2012. 2014-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  9. "İqtisadiyyat". Zərdab Rayon İcra Hakimiyyəti. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  10. SULTANOV, Ziyəddin. "Zərdab: təşəbbüskarlıq və icra intizamı inkişafı sürətləndirir". Xalq qəzeti. 20 fevral 2011. İstifadə tarixi: 29 noyabr 2016.[ölü keçid]
  11. "Zərdabda daha iki yaşayış məntəqəsinə təbii qaz verildi". zerdab.com. 25 iyun 2015. 2016-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  12. "Zərdabın kəndlərində anım tədbirləri keçirildi – FOTOLAR". zerdab.com. 26 fevral 2016. İstifadə tarixi: 29 noyabr 2016.[ölü keçid]
  13. "Zərdabın məscidləri". zerdab.com. 20 oktyabr 2014. 2016-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  14. 1 2 "Şəhid olan zərdablılar". Zərdab Rayon Mərkəzi kitabxanası. 2019-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  15. 1 2 "Qarabağ müharibəsində şəhid olmuş zərdablı qəhrəmanların SİYAHISI". zerdab.com. 5 avqust 2016. 2016-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  16. "Zərdabın Əlvənd kəndində məskunlaşan laçınlı şairə cavab". zerdab.com. 23 aprel 2015. 2017-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.

Xarici keçidlər