Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Arazboyu maili düzənlik fiziki-coğrafi rayonurayon ərazisi Arazboyu, Cəbrayıl, Gəyən düzənliklərini əhatə edib, Zəngilan rayonundan başlamış şimal — şərqdə Xocavənd rayonu ərazisinə kimi uzanır və qərbdə, şimal – qərbdə Kiçik Qafqazın ətəklərinə təmas edir. Mütləq yüksəkliyi 200 m-lə 500–600 m arasında dəyişir.

Qarabağ silsiləsinin Çaxmaxçayla, İncəçay arasında əyilməyə məruz qalan periklinal sahəsində Üst Abşeron, Dördüncü dövr çöküntüləri 700–800 m-ə kimi qalxmışdır. Denudasion akkumlyativ mənşəli bu düzənliklərin səthi yarğanlarla daha çox parçalanmışdır. Burada quraq iqlim şəraitində arid — denudasiya prosesləri daha çox inkişaf edib çılpaq yamaclarbedlendlər əmələ gətirmışdir.

Ərazidə başlıca olaraq kserofit kollu quru- çöl (400–600 m mütləq yüksəkliklər arasında) və yarımsəhra (260–400m-də) landşaft kompleksləri inkişaf etmişdir. Quru – çöl landşaftı başlıca olaraq Gəyən və Cəbrayıl maili düzənliklərin əhatə edir.(Mikayılov, Əlizadə,1988). Fiziki Coğrafi rayon ərazisində kənd təsərrüfatının üzümçülük, taxılçılıq, heyvandarlıq, pambıqçılıq sahələri geniş inkişaf etmişdir.[1]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm — 1996, I cild