Bülənd Ulusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bülənd Ulusu
türk. Saim Bülent Ulusu[1]
21 iyul 1980 – 13 dekabr 1983
ƏvvəlkiSüleyman Dəmirəl
SonrakıTurqut Özal
Şəxsi məlumatlar
Doğum tarixi 7 may 1923(1923-05-07)
Doğum yeri
Vəfat tarixi 23 dekabr 2015(2015-12-23)[2] (92 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, donanma zabiti[d]
Rütbəsi Admiral

Bülənd Ulusu (7 may 1923, Üsküdar, İstanbul ili23 dekabr 2015[2], İstanbul) – Türkiyə Respublikasının Baş naziri (1980–1983-cü illər).

Həyatı

Saim Bülənd Ulusu 1923-ci ildə İstanbulda anadan olmuşdur. 1 may 1940-cı ildə Hərbi Dəniz Məktəbinə daxil olmuş və 15 oktyabr 1941-ci ildə "asteğmen" (ən kiçik hərbi rütbə) rütbəsi alaraq buranı bitirmişdir. Bundan sonra müxtəlif qərargah vəzifələrində çalışmışdır. 1955-ci ildə Hərbi Dəniz Akademiyasını bitirmişdir. TCG Gaziantepe Komutanlığı və müxtəlif qərargah vəzifələrini icra etmiş və briqada generalı rütbəsinə (1964-cü il) qədər yüksəlmişdir.

Bu rütbədə Dəniz Qüvvələri Komutanlığı Harekat Dairə Başqanlığında mina flotunda komandir köməkçisi vəzifəsində çalışmış, 1967-ci ildə general-mayor rütbəsi almışdır. Hərbi Flot Komandanlığı və Dəniz Qüvvələri Komandanlığı Hətəkatı Başqanlığında çalışmışdır. 1970-ci ildə general-leytenant rütbəsi almışdır. Şimal Dəniz Sahə Komandanı, , Dəniz Qüvvələri Komandanlığı qərargah rəisi və Dəniz qüvvələri Komandanı vəzifələrini yerinə yetirmiş və 1974-cü ildə general rütbəsini almışdır.

Ali Hərbi Şura üzvü, Müdafiə Nazirliyində nazir müavini vəzifələrində çalışmışdır. 1977–1980 illərdə Dəniz Qüvvələri Komandanı vəzifəsini icra etmişdir. 1980-ci il avqust ayında ordudan tərxis olunub.

12 iyul 1980-ci ildə Türkiyədə baş verən dövlət çevrilişdən sonra hökuməti qurmaq ona tapşırıldı. Azad seçkilərin keçirildiyi 1983-cü il tarixinə qədər Türkiyənin Baş naziri oldu. 1983-cü il seçkilərindən sonra XVII çağırış İstanbul millət vəkili olmuşdur.

Evlidir, 1 uşağı var idi.23 dekabr 2015-ci ildə 92 yaşında İstanbulda vəfat edib.

Mükafatları

  • Türk Silâhlı Kuvvetleri Üstün Hizmet Madalyası,
  • Tunus Devlet Başkanlığından Üstün Liyakat Madalyası,
  • A.B.D. Savunma Bakanlığı Üstün Hizmet Madalyası.

İstinadlar