Mehmet Naim Talu (22 iyul 1919[2], Konstantinopol – 15 may 1998[2], İstanbul; türk. Mehmet Naim Talu)[3]. Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri.
Naim Talu | |
---|---|
türk. Mehmet Naim Talu | |
Türkiyə Respublikasının Baş naziri | |
15 aprel 1973[1] – 26 yanvar 1974[1] | |
Prezident | Fəxri Qorutürk |
Əvvəlki | Fərid Sədi Mələn |
Sonrakı | Bülənd Ecevit |
Türkiyə Ticarət Naziri | |
11 dekabr 1971 – 15 aprel 1973 | |
Baş nazir | Fərid Sədi Mələn |
Əvvəlki | İsmayıl Həmid Özər Dərbil (Xarici İqtisadi Əlaqələr Naziri kimi) |
Sonrakı | Əhməd Türkəl |
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri | |
4 iyul 1967 – 11 dekabr 1971 | |
Əvvəlki | Ziya Kayla |
Sonrakı | Yusif Yetkin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı İmperatorluğu |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | İstanbul,Türkiyə |
Dəfn yeri | |
Təhsili | İstanbul Universitetinin İqtisadiyyat Fakültəsi, Kabataş Erkek Lisesi |
Fəaliyyəti | iqtisadçı, siyasətçi, bankir[d] |
Atası | Mehmet Nizamettin |
Həyat yoldaşı | Gevher Talu |
Uşaqları | Tülin, Füsun |
Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib. Melen Hökuməti geri çəkildikdə isə, Cümhuriyyət Güvən Partiyası və Ədalət Partiyasının ortaq namizədi olaraq Türkiyənin 36-cı Hökumətini qurub.
O, 1973-cü ilin seçkiləri nəticəsində heç bir partiyanın təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs çoxluğu əldə edə bilmədiyi üçün 1974-cü ilin fevralına qədər hakimiyyətdə qalıb. Bundan əlavə Bülənd Ecevitin sədrliyi ilə Cümhuriyyət Xalq Partiyası ilə Milli Qurtuluş Partiyası koalisiyası qurulduqdan sonra vəzifəsini Bülənd Ecevitə təhvil verib. 1976-cı ildə isə Kvota Senatorluğu başa çatıb.
Naim Talu 15 may 1998-ci ildə İstanbulda vəfat edib. Məzarı Zəncirliquyu qəbiristanlığındadır.
O,ingilis dilini bilirdi. Naim Talu evli olub, iki övlad var.
Sələfləri Fərid Mələn |
Türkiyə Respublikasının Baş naziri 15 aprel 1973 — 26 yanvar 1974 |
Xələfləri Bülənd Ecevit |
Sələfləri Ziya Kayla |
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri 4 iyul 1967 - 11 dekabr 1971 |
Xələfləri Yusif Yetkin |
Sələfləri İsmayıl Həmid Özər Dərbil (Xarici İqtisadi Əlaqələr Naziri kimi) |
Türkiyənin Ticarət naziri 11 dekabr 1971 - 15 aprel 1973 |
Xələfləri Əhməd Türkəl |