Bıçaqçı (Zərdab)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kənd
Bıçaqçı
40°18′08″ şm. e. 47°28′10″ ş. u.
Ölkə  Azərbaycan
Region Aran iqtisadi rayonu
Rayon Zərdab rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 3 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.608 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 6312[1]
Xəritəni göstər/gizlə
Bıçaqçı xəritədə
Bıçaqçı
Bıçaqçı

BıçaqçıAzərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir.[2]

Tarixi

Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir.[3]

Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir.[2] Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır.[2] Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın AşağıYuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər.

Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur.[4]

Mədəniyyəti

Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.[2]

İqtisadiyyatı

Əhali heyvandarlıq, yemçilik, pambıqçılıq, çəltikçilik, balıqçılıq, taxılçılıq, quşçuluq, meyvəçilik və s. ilə məşğul olur.[2]

Tanınmış şəxslər

İstinadlar

  1. "Zərdabın yaşayış məntəqələrində poçt məntəqələri, poçt indeksləri". zerdab.com. 9 mart 2012. 2014-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  2. 1 2 3 4 5 "Bıçaqçı kəndi". zerdab.com. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
  3. "Bıçaqçılı Qədir Əfəndi". zerdab.com. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
  4. "Zərdabın yetirməsi – Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov". 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.