Ceyhun Cəfərov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ceyhun Cəfərov
Ceyhun Fərrux oğlu Cəfərov
bayraq
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
16 aprel 2014 – 20 avqust 2020
Əvvəlkiİrşad Əliyev
SonrakıElxan İbrahimov
bayraq
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
3 mart 2011 – 16 aprel 2014
ƏvvəlkiVidadi İsayev
SonrakıMüstəqim Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1 dekabr 1965(1965-12-01) (58 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Ceyhun Cəfərov (1 dekabr 1965, Yevlax) — Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Həyatı

Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.

1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2020-ci ilin avqust ayının 20-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[1]

2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı,1 nəvəsi var.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.

Xarici keçidlər