Cuhudlar məhəlləsi (Gəncə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Həsənli qardaşları küçəsi

Cuhudlar məhəlləsiGəncənin tarixi məhəllələrindən biri. Sakinləri əsasən yəhudilərdən ibarət olduğu üçün Cuhudlar məhəlləsi adlanıb. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov küçəsi müstəqillikdən sonra isə Həsənli qardaşları küçəsi adlanır.[1]

Haqqında

Qədim Gəncənin Cuhudlar məhəlləsi Əttarlar məhəlləsi yaxınlığında bir basalaq olub. Sakinləri yəhudilərdən ibarət olduğu üçün bu ərazini gəncəlilər “Cuhudlar məhəlləsi” adlandırıb. Burada yaşayan yəhudilər əsasən ayaqqabı tikməklə məşğul olduqları üçün buranı bəzən “Məstçilər məhəlləsi” də adlandırırdılar. Məhəllə kiçik bir küçədən ibarətdir. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov bu gün isə “Həsənli qardaşları” adlanır. Məhəllə şərqdən Əttarlar, qərbdən Mirəli Qaşqay, şimaldan Həsən Əliyev, cənubdan Cavad xan küçələri ilə əhatə olunub.[1]

Məhəllədə yaşayan yəhudilər RusiyaAvropadan köçüb gələn yəhudilərdən dil və görkəmcə fərqlənirdilər. Yerli yəhudilər “dağ cuhudları” adlanırdı. Rus imperiyası Gəncəni işğal etdikdən sonra bura Rusiyadan, Ukraynadan, Polşadan və başqa Avropa ölkələrindən də yəhudi ailələri köçdü. Gəlmə yəhudilər dağ yəhudilərindən fərqli olaraq Gəncədə “Rus Cuhudu” adı ilə tanınırdılar. Rus cuhudları öz aralarında alman dilinin kobud ləhcəsində, yerli xalqla isə rus dilində danışırdılar.[1]

Gəncə yəhudisi Karl Habeylandın Cuhudlar məhəlləsində limonad sexi olub. Digər sakin Laron Pinelman isə tacir olub onun evi bu gün Gəncə Qaz İstismarı İdarəsidir.[2] Hazırda məhəllədə yəhudi ailələrinə məxsus evlər olsa da onlardan heç kim yaşamır. Gəncəçayın sağ sahilində, “Qırmızı Kənd” adlanan yaşayış məskənində yəhudilərin qəbristanlığı da var.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 Hamlet Allahverdiyev. "Gəncənin Cuhudlar məhəlləsi - TARİX". gancapost.info. 14 aprel 2019. 10 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.
  2. "Gəncə şəhər Qaz İstismar Sahəsi". ganja.az. 10 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.