Küdrü-Şirvan fiziki-coğrafi rayonu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Küdrü-Şirvan fiziki-coğrafi rayonu -  Fiziki - coğrafi rayonun ərazisi Acınohur Öndağlığının və Ləngəbiz tirəsinin ətəklərində yerləşib, mütləq yüksəkliyi 0 m-lə 200 m arasında dəyişir. Rayonda landşaftın litoloji əsasını üst Dördüncü dövrdə çayların gətirdiyi çaqıldaşı, qumgillər təşkil edir. Alçaqdağlığın dabanına təmas edən sahələrdə isə delüvial-prolüvial çöküntülər yayılmışdır. Rayon ərazisi arid iqlimə malik olub yarımsəhra, dağ ətəklərində quruçöl landşaft kompleksinin inkişafını təmin edir. Çay kənarlarında güclü antropogen təsirə məruz qalmış tuqay meşələrinin qalıqları və kolluqlar yayılmışdır.

Küdrü-Şirvan fiziki - coğrafi rayonu daxilində suvarma geniş tətbiq olunmaqla pambıqçılıq, taxılçılıq, maldarlıq, bağçılıq ( başlıca olaraq üzüm, nar) inkişaf etmişdir.[1]

Xarici keçid

Tuqay meşələri

İstinadlar

  1. Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm-1996, I cild