Komandante Ferras (Antarktika stansiyası)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Komandante Ferras stansiyası (Antarktida)
Komandante Ferras stansiyası
Komandante Ferras stansiyası Antarktida xəritəsində
«Komandante Ferras» stansiya
Braziliya prezidentinin stansiyaya səfəri

Komandante Ferras (62°05′ c. e. 58°24′ q. u.) — Braziliyaya məxsus olan qütb stansiyası (baza).

Baza ilk dəfə 6 fevral 1984-ci ildə Braziliyanın Antarktika maraq zonasında Admiraliti körfəzində, Kinq-Corc adasının sakilində yerləşir. Stansiya öz adını Braziliya hərbi-dəniz qüvvələrinin zabiti, hidroqraf, okeanoloq, Luis-Antonio di Karvalo Ferrasın şərəfinə adlandırılmışdır. Stansiyada yayda 100, qışda isə 50 elmi işçinin fəaliyyətinə imkan verir.

17 fevral 2008-ci ildə Braziliya prezidenti Luis İnasiu da Silva[1] stansiyada olmuşdur.

Adanın xəritəsi

Bazadan bir qədər aralıda "General Artiqas" (Uruqvay), "Korol Secon" (Koreya), "Cubani" (Argentina), "Prezident Eduardo Frey Montavla" (Çili), "Henrik Arstovski" (Polşa) və "Maçu Pikçu" (Peru) stansiyaları yerləşir. Leyspinq adasının cəbununda "Eko-Nelson" (Çexiya), 50 km aralıda Qrinviç adasında isə "Kapitan Arturo Prat" stansiyası qərarlaşır.

25 fevral 2012-ci ildə stansiyada yanğın baş vermişdir. Alov mühərrik bölməsindən başlamış və bütün stansiyaya yayılmışdır[2].

İstinadlar

  1. Braziliya Antarktikada möhkəmlənir Arxivləşdirilib 2008-04-20 at the Wayback Machine // MIGnews 18.02.2008
  2. "Antarktidada Braziliyaya məxsus stansiya yanmışdır". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-16.

Mənbə

Həmçinin bax