Mübariz Ağayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mübariz Ağayev
bayraq
Göyçay Rayon
İcra Hakimiyyətinin başçısı
bayraq2
27 yanvar 2015 – 10 iyun 2016
ƏvvəlkiMənsur Məmmədov
SonrakıMehdi Səlimzadə
bayraq
Quba Rayon
İcra Hakimiyyətinin başçısı
bayraq2
15 mart 2012 – 27 yanvar 2015
ƏvvəlkiRauf Həbibov
SonrakıYaşar Məmmədov
bayraq
Mingəçevir Şəhər
İcra Hakimiyyətinin başçısı
bayraq2
14 dekabr 2007 – 15 mart 2012
ƏvvəlkiLütvəli Babayev
SonrakıNiyazi Bayramov
bayraq
Göyçay Rayon
İcra Hakimiyyətinin başçısı
bayraq2
2006 – 2007
ƏvvəlkiNazim İsmayılov
SonrakıMənsur Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1953(1953-09-01) (70 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni

Ağayev Mübariz Alı oğlu (1 sentyabr 1953, Məlikumudlu, Zərdab rayonu) — 2006—2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007—2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012—2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015—2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Həyatı

Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub.

Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur.

1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib.

1979—1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor,

1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor,

1987—1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri,

1989—1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis,

1991—1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor,

1995—1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor,

1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib.

2006—2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,

2007—2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı,

2012—2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı,

2015—2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

İstinadlar

Həmçinin bax