Məsud Yılmaz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məsud Yılmaz
türk. Mesut Yılmaz
30 iyun 1997 – 11 yanvar 1999
PrezidentSüleyman Dəmirəl
ƏvvəlkiNəcməddin Ərbakan
SonrakıBülənt Ecevit
6 mart 1996 – 28 iyun 1996
PrezidentSüleyman Dəmirəl
ƏvvəlkiTansu Çillər
SonrakıNəcməddin Ərbakan
23 iyun 1991 – 20 noyabr 1991
PrezidentTurqut Özal
Əvvəlkiİldırım Ağbulud
SonrakıSüleyman Dəmirəl
21 dekabr 1987 – 21 fevral 1990
ƏvvəlkiMelih Halifoğlu
SonrakıƏli Bozər
Şəxsi məlumatlar
Doğum tarixi 6 noyabr 1947(1947-11-06)[1][2]
Doğum yeri
Vəfat tarixi 30 oktyabr 2020(2020-10-30)[3] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi[5]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Həyat yoldaşı Bərna Yılmaz (1976-dan)

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Məsud Yılmaz (türk. Ahmet Mesut Yılmaz; 6 noyabr 1947[1][2], İstanbul30 oktyabr 2020[3], İstanbul[4]) və ya əmilərinin soyadı ilə Akçal. Əslən Rizə Çayeli Çataldərə/Cimil kəndindən) — hemşinli əsilli[6][7] türk siyasətçisi. Azərbaycan suveren dövlət kimi onun dövründə Türkiyə Cümhuriyyəti tərəfindən rəsmən tanınmışdır.

Həyatı

Ahmet Mesut Yılmaz 6 noyabr 1947-ci ildə İstanbulda anadan olub. İstanbul Oğlanlar litseyini bitirib. 1971-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsi Maliyyə və İqtisad Bölümündən məzun oldu. 1972–1974-cü illər arasında Almaniyanın Köln Universiteti İqtisadi və İctimai Elmlər Fakültəsində yüksək lisans çalışması etdi.

1975–1983-cü illərdə kimya, tekstil və çatdırma sahəsində, müxtəlif özəl şirkətlərdə idarəçi olaraq işləyib. 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub. Həmin il noyabr ayında keçirilən seçkilərdə parlamentə Rizədən millət vəkili seçilib.

1991–2002-ci illərdə Ana Vətən Partiyasının lideri vəzifəsində çalışıb. 1986–1990-cı illər arasında Turqut Özalın qurduğu hökumətdə Xarici İşlər Naziri və Mədəniyyət və Turizm Naziri vəzifəsinə təyin edilib. 1991-ci ildə baş nazir təyin edilib.

1991–1999-cu illər arasında ümumilikdə təxminən 2 il ərzində 3 dəfə baş nazir və müxtəlif nazirliklərdə çalışıb. Türkiyədə 1995-ci ildəki ümumi seçkilərdən sonra qurulan koalisiya hökumətində yenidən baş nazir olub. 1997–1999-cu illər arasında da baş nazir vəzifəsində çalışıb.

2000–2002-ci illər arasında DSP-MHP-ANAP koalisiyasında dövlət naziri və baş nazirin müavini təyin edilib. 15 yanvar 2009–2011 arasında ANAP və Doğru Yol Partiyasının birləşməsi nəticəsində qurulan Demokrat Partiyasında siyasi fəaliyyətini davam etdirib.

2004-cü ildə Ali Məhkəmədə mühakimə olunub və Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.[8]

2019-cu ilin yanvar ayında ağciyərində şiş aşkarlanan M. Yılmaz uzun müddət müalicə olunmasına baxmayaraq, 2020-ci il oktyabrın 30-da vəfat etmişdir.[9]

Haqqında yazılmış kitablar

  • Faruk Bildirici, Hanedanın Son Prensi (2007) (türk.)
  • Hakan Şanlıtürk, Maratoncunun Molası: Mesut Yıllardan Notlar (2004) (türk.)

İstinadlar

  1. 1 2 Mesut Yılmaz // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Mesut Yilmaz // Munzinger Personen (alm.).
  3. 1 2 https://www.haberturk.com/son-dakika-mesut-yilmaz-yasamini-yitirdi-2853090.
  4. 1 2 https://www.sabah.com.tr/gundem/2020/10/30/son-dakika-mesut-yilmaz-vefat-etti.
  5. Former Turkish PM Mesut Yılmaz dies aged 72.
  6. "Ermeni Müslüman olabilir mi?". 2013-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-05.
  7. "BU DA OLDU! ESKİ KÜRT MİLLETVEKİLİ BİRÇOK TÜRK SİYASETÇİNİN ERMENİ OLDUĞUNU İDDİA ETTİ!". 2015-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-05.
  8. "Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
  9. "Arxivlənmiş surət" (türk). 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.